İcbari təlim çərçivəsində namizədlər rayon prokurorluqlarında praktik tanışlıq keçiblər
2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunan namizədlər icbari təlim proqramı çərçivəsində Bakı şəhərinin rayon prokurorluqlarında praktik tanışlıq səfərlərində iştirak ediblər.
Tanışlıq zamanı namizədlər prokurorluq orqanlarında işin təşkili, istintaq və prosessual fəaliyyəti, cinayət işin başlanması, habelə prokuror və müstəntiqin səlahiyyət və funksiyaları ilə tanış olublar. Eyni zamanda namizədlərə dindirmə prosesinin aparılması, prosessual sənədlərin tərtibi, sübutların toplanması əyani şəkildə izah edilib.
Qeyd edək ki, rayon prokurorluqlarında təşkil olunan bu praktik tanışlıq namizədlərin real iş mühitinə adaptasiyasına, gələcəkdə prokurorluq əməkdaşı kimi peşəkar bacarıqlarının formalaşmasına xidmət edir.

