İcbari təlim çərçivəsində namizədlər Heydər Əliyev Mərkəzi ilə tanış olublar
İcbari təlim proqramı çərçivəsində 2025-ci ildə prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunan namizədlər cari ilin 30 dekabr tarixində Heydər Əliyev Mərkəzinə səfər ediblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı namizədlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli-mədəni dəyərlərin qorunması, habelə müasir Azərbaycan tarixinin, mədəniyyətinin və dövlətçilik ənənələrinin təqdim edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Bu cür mədəni-maarifləndirici tədbirlər namizədlərin dünyagörüşünün genişlənməsinə, milli kimlik və dövlətçilik dəyərlərinə bağlılığının möhkəmlənməsinə mühüm töhfə verir.

