Namizədlər Bakı İstintaq Təcridxanasının, eləcə də Məhkəmə Tibbi Ekspertizasının fəaliyyəti ilə tanış olublar

2025-ci ildə prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün nəzərdə tutulmuş icbari təlim proqramı çərçivəsində namizədlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, eləcə də Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının fəaliyyəti ilə yaxından tanış olublar.
Tədris səfəri zamanı namizədlərə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində aparılan ekspertiza növləri, məhkəmə tibbi ekspertizasının hüquqi əsasları, ekspert rəyinin hazırlanma qaydası, patoloji anatomiya sahəsində tətbiq olunan müasir metodlar, habelə cinayət işləri üzrə sübutların qiymətləndirilməsində məhkəmə tibbi rəyinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bakı İstintaq Təcridxanasında namizədlər saxlanma şəraiti, istintaq təcridxanasının fəaliyyətinin hüquqi tənzimlənməsi, saxlanılan şəxslərin hüquq və vəzifələri, onların təminat mexanizmləri, insan hüquqlarının qorunması, qanunçuluğun təmin edilməsi, prosessual tələblərə əməl olunması, habelə prokurorluq nəzarətinin həyata keçirilməsi ilə bağlı praktik məsələlərlə yerində tanış olublar.