“İKT sahəsində biliklərinin artırılması və rəqəmsal məkanda risklərin müəyyən edilməsi ” mövzusunda təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin 24-25 noyabr tarixlərində “İKT sahəsində biliklərinin artırılması və rəqəmsal məkanda risklərin müəyyən edilməsi” mövzusunda genişmiqyaslı təlim keçirilib. 
Təlim Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” çərçivəsində həyata keçirilib.
Əyani və distant formada keçirilmiş tədbirdə 40 nəfər prokurorluq əməkdaşı iştirak edib.
Təlim çərçivəsində Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən açıq mənbəli kəşfiyyat üsulları (OSİNT), Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyasının məqsədləri və prioritet istiqamətləri, kiberməkanda maddi cinayət hüquq normaları və onların beynəlxalq hüquqda tənzimlənməsi,  kibercinayətkarlıqla və kibertəhdidlərə qarşı mübarizə imkanları, eləcə də kibertəhlükəsizliyin ümumi anlayışı kimi mövzular tədris edilib.
Sonda isə dəyirmi masa formatında müzakirələr aparılıb.