Mədəniyyət işçiləri üçün “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq dövlət idarəçiliyində qanunçuluğun möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və korrupsiyaya qarşı mübarizənin institusional əsaslarının gücləndirilməsi məqsədilə Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda təlim təşkil olunub.
Təlim Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri, həmin hüquqpozmalara görə tətbiq olunan məsuliyyət tədbirləri, mədəniyyət sahəsinə xas korrupsiya riskləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə geniş məlumat verilib.
Sonda iştirakçılar mövzular üzrə fikir mübadiləsi apararaq təqdim edilən mövzularla bağlı suallarını təlimçilərə ünvanlayıblar.