Prokurorluq orqanlarında etik davranış qaydalarına təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən cari ilin 24 oktyabr tarixində prokurorluq orqanlarının gənc əməkdaşları üçün “Etik davranış qaydalarına və prinsiplərinə əməl olunmasının xüsusi aspektləri” mövzusunda distant formada təlim təşkil edilmişdir.
Təlimdə rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının 106 əməliyyat işçisi dinləyici qismində iştirak etmişdir. Təlimçi qismində Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli və Mərkəzin böyük prokuroru İradə Xəlilova çıxış etmişlər.
Mühazirə və təqdimat formatında keçirilən təlim çərçivəsində “Konstitusiya və Suverenlik İli” kontekstində Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi, vətəndaşların qəbulu zamanı etik davranış qaydaları, ibtidai araşdırma prosesində etik tələblər, kollektiv daxili ünsiyyət mədəniyyəti, sosial media sahəsində prokurorluq əməkdaşlarının davranış prinsipləri, eləcə də bu istiqamətdə beynəlxalq təcrübə iştirakçıların diqqətinə çatdırılmışdır.
Təlimin informasiya və texniki təminatı isə Elm-Tədris Mərkəzinin Tədrisə texniki dəstək sektorunun müdiri Oqtay Mirzəyev moderatorluğu isə Elm-Tədris Mərkəzinin şöbənin baş məsləhətçisi Rafiq Quliyev tərəfindən həyata keçirilmişdir.
Təlim zamanı dinləyicilər təqdim olunan mövzulara yüksək maraq göstərmiş, müzakirələrdə aktiv iştirak etmiş və onları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır.