Prokurorluq orqanlarında kriminoloji təhlil aparılması metodikası mövzusunda kurs keçirildi

Cari ilin sentyabrın 18-i Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün distant formada “Prokurorluq orqanlarında kriminoloji təhlil aparılması metodikası” mövzusunda kurs təşkil edilib.
Prokurorluq orqanlarının 60-dan çox əməkdaşı dinləyici qismində kursa cəlb edilmişdir. Kurs çərçivəsində təlimçi qismində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, şöbə prokuroru Rəşad Qasımov, Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru  Qasım Ağayev, İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Anar Mirkişiyev, Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin böyük prokuroru Ayaz Qayıbov və idarənin prokuroru Coşqun Zamanlı çıxış ediblər. Tədbir zamanı Elm-Tədris Mərkəzinin sektor müdiri Oqtay Mirzəyev və şöbənin baş məsləhətçisi Rafiq Quliyev tədris prosesinə təşkili köməkliyi göstəriblər.
Mühazirə və təqdimat formatında keçirilən kurs çərçivəsində kriminologiya elminin anlayışı, cinayətkarlığın profilaktikası, kriminoloji viktimologiya, cinayətkarların şəxsiyyəti və fərdi cinayət davranışı, həmçinin digər aktual mövzular iştirakçılara təqdim olunub.
Dinləyicilər kurs müddətində mövzulara böyük maraq göstərərək aktiv müzakirələr aparmış, onları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Bu cür tədbirlər prokurorluq əməkdaşlarının nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının təkmilləşdirilməsi məqsədilə davamlı şəkildə təşkil olunur.