Müxtəlif komissiya və işçi qrupların fəaliyyətində iştirak – 2022

Tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.07.2007-ci il tarixli 2293 №-li Sərəncamına müvafiq olaraq yaradılmış Məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri kimi Mərkəzin əməkdaşı Rəşad Qasımov tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesində fəaliyyətini davam etdirmişdir.
Baş prokurorun 30.12.2021-ci il 15/29 №-li Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi”nin təkmilləşdirilərək dəyişiklik edilməsi məqsədilə yaradılmış işçi qrupunun rəhbəri kimi Mübariz Əhmədov və işçi qrupunun üzvləri kimi Günay İsmayılova və İradə Xəlilova kodeksin yeni layihəsinin hazırlanmasında iştirak etmişlər.
08.02.2022-ci ildə Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Cybereast” layihəsi çərçivəsində Budapeşt Konvensiyasının yenilənməsi ilə əlaqədar “Kiberzorakılıq” adlı işçi qrupuna Nigar Qələndərli və Nigar Əskərova daxil olaraq, proqram çərçivəsində Budapeşt Konvensiyasının yenilənməsinə dair təkliflər irəli sürmüşlər.
Baş prokurorun 01.06.2022-ci il 09/15 №-li Sərəncamı ilə “2023-cü ilin sentyabr ayında Bakı şəhərində MDB iştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasının təşkili ilə əlaqədar” yaradılmış Təşkilat Komitəsinə Mübariz Əhmədov daxil edilmişdir.
21.06.2022-ci ildə Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq” fakültəsində magistratura səviyyəsinin “Konstitusiya hüququ” və “Beynəlxalq hüquq” ixtisasları üzrə təhsil almış tələbələrin diplom işinin müzakirəsində Müdafiə Komissiyanın üzvü kimi Nigar Qələndərli iştirak etmişdir.
Baş prokurorun 07.07.2022-ci il tarixli 09/18 №-li Sərəncamı ilə “Cəzanın məqsədlərinə nail olunmasında prokurorluğun iştirakı sahəsində müəyyən edilən vəzifələrin icrası üzrə” yaradılmış işçi qrupunun üzvü kimi İradə Xəlilova və Həkimxan Səfərov inzibati həbs tənbehi nəzərdə tutulmuş xətaları qruplaşdıraraq və bənzər cinayət əməlləri ilə müqayisəli şəkildə təhlil edərək təkliflər hazırlamışlar.
Baş prokurorun müvafiq sərəncamı ilə yaradılmış işçi qrupunun üzvü kimi Talıb Cəfərov 2022-ci ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin birinci mərhələsində istifadə olunacaq MPM-dən olan test tapşırıqlarını yoxlamış və yeni test tapşırıqları hazırlamışdır.
Baş prokurorun 09.09.2022-ci il tarixli 08 №-li Sərəncamına əsasən attestasiyanın keçirilməsində istifadə olunması üçün Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”ndan 232 sual və cavab hazırlanmışdır.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Korrupsiya və şəffaflıq işçi qrupunun  “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” adlı altqrupunun iclaslarında Əmir Ocaqverdiyev iştirak edərək işçi qrupunun layihələri üzrə təkliflər vermişdir.