Müxtəlif komissiya və işçi qrupların fəaliyyətində iştirak -2021

  Baş prokurorun 11.09.2020 və 06.09.2021-ci il tarixli Sərəncamlarına əsasən yaradılmış işçi qrupu və ekspert komissiyası çərçivəsində Mübariz Əhmədov, Talıb Cəfərov və Ramin Camalov tərəfindən prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçiriləcək müsabiqənin birinci mərhələsində istifadə olunacaq test tapşırıqlar bazasının yoxlanılması, onların qanunvericiliyə uyğunlaşdırılması, yeni test tapşırıqlarının hazırlanması və 1600-dən artıq test tapşırığının ekspertizası təmin edilmiş, eləcə də işçi qrupunun rəhbəri kimi Mübariz Əhmədov Müsabiqə Komissiyasının bütün iclaslarında iştirak etmişdir.
Baş prokurorun 29.03.2021-ci il tarixli 15/14 №-li Sərəncamı ilə cinayət və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi qrupunun üzvü kimi Talıb Cəfərov, habelə Mübariz Əhmədov tərəfindən irəli sürülmüş beynəlxalq sazişlərə, xarici qanunvericiliyə, doktrinal mənbələrə istinadən əsaslandırılmış 9 təklifə dair müqayisəli cədvəl və qanun layihələri tərtib edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar” Baş prokurorun 29.03.2021-ci il tarixli 15/14 №-li Sərəncamının icrası qaydasında, eləcə də “Elektron Prokurorluq” informasiya sisteminə Mərkəzin fəaliyyətinə aid məlumatların daxil edilməsi üçün müvafiq bölmələr müəyyən edilmiş, bölmələrə uyğun blok-sxemlər hazırlanmışdır.
Baş prokurorun 08.06.2021-ci il tarixli 09/08 №-li Sərəncamının icrası qaydasında hazırlanmış “Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın layihəsinə dair Mərkəz tərəfindən irəli sürülmüş12 təklifdən 9-u bu Qaydalarda öz əksini tapmışdır.
Tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.07.2007-ci il tarixli 2293 №-li Sərəncamına müvafiq olaraq yaradılmış Məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri kimi Rəşad Qasımov tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesində fəaliyyətini davam etdirmişdir.

 

 

İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlar arası İşçi qrupunun 2021 – 2025-ci illər üzrə Fəaliyyət planı”nın hazırlanmasında işçi qrupunun üzvü kimi Nigar Əskərova yaxından iştirak edərək, 24.09.2021-ci il və 21.12.2021-ci il tarixlərdə keçirilmiş işçi qrupunun iclaslarında iştirak etmişdir.