FƏALİYYƏTİN TƏHLİLİ

2023 və 2024-cü illər ərzində görülmüş işlərə dair müqayisəli təhlil

Fəaliyyət istiqaməti / görülmüş tədbirlər

2023

2024

Fərq

%

Təşkilatı məsələlər

1.

Baş Prokurorluğun Fəaliyyət planlarında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

11

9

-2

18

 

2.

Elm-Tədris Mərkəzinin İş planında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

12

12

-

 

3.

Digər proqram və planlarda nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

24

26

+2

8

 

Tədris sahəsində fəaliyyət

4.

Prokurorluğa qulluğa qəbul olunmağa namizədlər üçün icbari təlimin və stajorluq keçən işçilər üçün hazırlıq kursunun təşkili

3

3

-

 

5.

Peşə hazırlığının artırılması üzrə tədris tədbirlərinin təşkili

18

21

+3

16

 

6.

Prokurorluq işçilərinin digər qurumların tədris tədbirində iştirakı

13

14

+1

7

 

Metodiki iş

7.

Elmi-nəzəri və praktiki təhlil və tədqiqatın aparılması

8

8

-

 

8.

Tədris-metodiki vəsaitin hazırlanması və vəsaitlər üzrə rəy verilməsi

6/9

6/16

0/+7

77

 

9.

“Azərbaycan Prokurorluğu” jurnalının nəşrə hazırlanmış buraxılışları və digər mətbu nəşrlər üzrə rəy verilməsi

5/3

4/43

-1/+1

20

 

10.

Baş Prokurorluğun Kitabxanasının kitab fondunda olan ədəbiyyatın sayı

5.003

5.4003

+397

8

 

11.

Elmi-tədqiqat tədbirlərin, o cümlədən konfrans və seminarın təşkili

9

133

+4

44

 

12.

Elmi-tədqiqat tədbirlərində, o cümlədən konfrans və seminarda iştirak

26

273

+1

4

 

Katiblik funksiyaları

13.

Elmi Məsləhət Şurasının keçirilmiş iclası

3

3

-

 

14.

Etik Davranış Komissiyasında baxılmış xidməti araşdırma materialları

6

1

-5

16

 

15.

Prokurorluq orqanlarında ilin ən yaxşı müstəntiqi və dövlət ittihamçısı müsabiqələrinin təşkili

2

2

-

 

İnformasiya kommunikasiya texnologiyalarınnın tətbiqi

16.

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemində olan tədbirlərin sayı

47

70

+23

49

 

17.

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı

668

779

+111

16

 

18.

Elm-Tədris Mərkəzinin vebsaytında olan məlumatların sayı

400

495

+95

24

 

 

T Ə H L İ L

Mərkəzin 2024-cü ilin göstəricilərini 2023-cü illə müqayisə etdikdə məlum olur ki, idarənin fəaliyyəti qənaətbəxş olmuş, hətta bəzi parametrlər üzrə artım müşahidə edilir.
Baş Prokurorluğun Fəaliyyət Planlarında, Mərkəzin İş planlarında, eləcə də Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin təhlili göstərir ki, qeyd edilən sahədə fəaliyyət stabil olmuş, həm keçən il, həm də cari il ərzində bu qəbildən olan 47 tədbirin icrası təmin edilmişdir.

***

Mərkəzin tədris sahəsində fəaliyyətinin təhlilindən bəlli olmuşdur ki, 2024-ci il ərzində icbari təlimlərin və hazırlıq kursunun sayı dəyişməmiş, peşə hazırlığının artırılması üzrə təşkil edilmiş tədbirlərin sayı isə 16 % artmışdır (2023 – 18 tədbir, 2024 – 21 tədbir). Qeyd edilən artımın səbəbi digər dövlət qurumlarının təşəbbüsü ilə keçirilən tədris tədbirləri olmuşdur. Eyni zamanda, prokurorluq işçilərinin digər qurumların tədris tədbirində iştirakında da cüzi artım müşahidə edilir.
Mərkəzin tədris prosesinin tərkib elementlərinin təhlili nəticəsində məlum olmuşdur ki, cari il ərzində qeyd edilən tədbirlər çərçivəsində tədris edilmiş məşğələlərin sayı xeyli artmışdır. Belə ki, əgər 2023-cü il ərzində 410 saat həcmində mühazirə, praktiki məşğələ, təqdimat, dəyirmi masa və sair formada tədris aparılmışdırsa, artıq 2024-cü ildə bu göstərici 559 saat təşkil etmişdir (36 % artım).  Müsbət haldır ki, tədris yükünün 224 saatı (40 %) məhz Mərkəzin əməkdaşları tərəfindən icra edilmişdir.
Dinləyicilərin sayında isə cüzi artım olmuşdur. Belə ki, 2023-cü ildə Mərkəzin tədris tədbirlərində dinləyici qismində 2.280 şəxs iştirak etmişdirsə, 2024-cü ildə belə tədbirlərə 2.295 şəxs (onlardan 1.640 prokurorluq işçisi) cəlb edilmişdir.
Hesabat dövründə Mərkəzin tədris prosesinə prokurorluq işçiləri ilə yanaşı, digər hüquq-mühafizə orqanlarının və sair qurumların əməkdaşları maraq göstərmişlər. Dinləyici qismində 2023-cü ildə Mərkəzin tədris tədbirlərində digər qurumların 292 nümayəndəsi iştirak etdiyi halda, 2024-cü ildə bu göstərici 655 nəfər təşkil etmişdir. 124 % artımın səbəbi son illər ərzində elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə Mərkəzin səylərinin artması olmuşdur.
Odur ki, Mərkəzin tədris tədbirlərində dinləyici qismində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 21, Daxili İşlər Nazirliyinin 373, Elm və Təhsil Nazirliyinin 61, Hesablama Palatasının 82, Mediasiya Şurasının 66, Dövlət Gömrük Komitəsinin 27, Dövlət Vergi Xidmətinin 15, Dövlət Sərhəd Xidmətinin 5 əməkdaşı, eləcə də 5 məhkəmə hakimi iştirak etmişlər.
Mərkəz digər qurumlar tərəfindən təşkil edilən tədris tədbirlərinə də maraq göstərmiş, bu cür tədbirlərdə Baş Prokurorluğun struktur qurumlarının, o cümlədən Mərkəzin işçilərinin iştirakı təmin edilmişdir (2023 – 13 tədbir, 2024 – 14 tədbir). Onların arasında xaricə təlim səfərləri də xüsusi yer tutmuşdur.
Qeyd edilənləri əks etdirən diaqram əlavə edilir.

***

Mərkəzin metodik fəaliyyətinin təhlili göstərir ki, elmi-nəzəri və praktiki tədqiqatın aparılmasının, eləcə də tədris-metodiki vəsaitlərin hazırlanmasının göstəriciləri stabil olmuş, azalma və yaxud artım müşahidə edilməmişdir. Bununla belə, mərkəz tərəfindən verilmiş rəylərin sayı 77 % artmışdır (2023 – 9 rəy, 2024 – 16 rəy). Bu artıma səbəb mütəxəssis rəyinin verilməsi məqsədilə Milli Aviasiya Akademiyası nəzdində fəaliyyət göstərən ED 2.45 Dissertasiya Şurasından daxil olmuş dissertasiya işləri olmuşdur.

“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının nəşrə hazırlanmış buraxılışlarının sayında 1 ədəd azalma isə 2023-cü ildə jurnalın “Heydər Əliyev və Azərbaycan Prokurorluğu” adlı xüsusi buraxılışının dərc olunması ilə bağlı olmuşdur.
Baş Prokurorluq tərəfindən dərc edilən kitabların və mətbu nəşrlərin dövlət qurumları, məhkəmə və prokurorluq orqanları, ali təhsil müəssisələri, veteranları və sair arasında paylanılmasına, Elmi-Məsləhət Şurasının üzvlərinə verilməsinə, Qarabağ Universitetinə və Baş Prokurorluğun qonaqlarına ianə edilməsinə baxmayaraq, 2024-cü ildə də Baş Prokurorluğun Kitabxana fondunun zənginləşdirilməsi davam etmiş, ədəbiyyatın sayı 5.003-dən 5.400-ə çatmışdır (artım 8 %).
Müsbət tendensiya Mərkəzin elmi-praktiki tədbirlərin təşkilində və bu cür tədbirlərdə iştirakında müşahidə edilir. Belə ki, əgər 2023-cü ildə Mərkəz 9 elmi-praktiki tədbir keçirmişdirsə, 2024-cü ildə bu cür tədbirlərin sayı 44 % artaraq, 13 elmi-praktiki tədbirin təşkilatçısı olmuşdur. 2023-cü ildə Mərkəzin əməkdaşları başqa qurumlarının 26 elmi-praktiki tədbirində iştirak etdiyi halda, cari il ərzində bu cür 27 tədbirə dəvətli olmuşlar. Bu müsbət tendensiyanın səbəbi xüsusən son illər ərzində elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə Mərkəzin əlaqələrinin artması, müvafiq memorandumların imzalanması olmuşdur.
Qeyd edilənləri əks etdirən diaqram əlavə edilir.

***

Mərkəzin katiblik funksiyaları üzrə fəaliyyətinin təhlilindən göründüyü kimi 2024-cü ildə keçirilmiş Elmi Məsləhət Şurasının iclasları hüquqi ictimaiyyəti narahat edən aktual məsələləri əhatə etmiş, prokurorluq orqanlarında ilin ən yaxşı müstəntiqi və dövlət ittihamçısı müsabiqələri vaxtında və uğurla başa çatdırılmış, Etik Davranış Komissiyasında baxılmış xidməti araşdırma materiallarının azalmasını isə bu sahədə vaxtında görülmüş maarifləndirici və intizam tədbirləri ilə əlaqələndirmək olar.

***

Təhlilin nəticələrinə görə 2024-cü ildə Mərkəz informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində də müsbət nəticələr əldə etmişdir. Belə ki, cari il ərzində “Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı 668-dən 779-dək (artım 16 %),  Elm-Tədris Mərkəzinin vebsaytında olan məlumatların sayı 400-dən 495-dək (artım 24 %), “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemində olan tədbirlərin sayı isə 47-dən 70-dək (artım 49 %) çatdırılmışdır.
Həmçinin hesabat dövründə Mərkəz tərəfindən yaradılmasının təşəbbüskarı olmuş “Elektron Prokurorluq” informasiya sistemində (EPİS) artıq fəaliyyət göstərən “Etik davranış komissiyası” modulunda 35 tədbir, “Tədris tədbirləri” modulunda 26 tədbir, “Nəşriyyat” modulunda isə 11 tədbir barədə məlumatlar mövcuddur.
Qeyd edilənləri əks etdirən diaqram əlavə edilir.

 

TƏDRİS İŞİ

 

 

 

METODİKİ İŞ

 

 

 

KİTABXANA və İNFORMASİYA SİSTEMLƏRİ