FƏALİYYƏTİN TƏHLİLİ

2020 və 2021-ci illər ərzində görülmüş işlərə dair müqayisəli təhlil

Fəaliyyət istiqaməti / görülmüş tədbirlər

2020

2021

artım/
azalma

%

Qeyd

Ümumi məsələlər

1

Baş Prokurorluğun Fəaliyyət planlarında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

5

7

+2

40

 

2

Mərkəzin İş planlarında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

10

11

+1

10

 

3

Müxtəlif komissiyaların və işçi qrupların fəaliyyətində iştirak

5

6

+1

20

 

Qulluğa qəbul olunanlarla iş

4

Prokurorluğa qulluğa qəbul olunmağa namizədlər üçün icbari təlimin təşkili

1

2

+1

50

 

5

Prokurorluğa qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün hazırlıq kursunun təşkili

1

2

+1

50

 

Peşə hazırlığının artırılması

6

Prokurorluq işçilərinin peşə hazırlığının artırılması üçün təlimin təşkili

0

5

+5

500

 

7

Prokurorluqda xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün kursun təşkili

1

1

-

-

 

8

Digər hüquq mühafizə orqanlarının və xarici tərəfdaşların əməkdaşları üçün təlimin təşkili

0

3

+3

300

 

9

Prokurorluq işçilərin kurslara göndərilməsi

0

1

+1

100

 

Tədqiqatların aparılması

10

Mərkəz tərəfindən elmi-nəzəri və praktiki təhlil və tədqiqatın aparılması

6

5

-1

-16

 

11

Elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə görülmüş tədbirlər

5

14

+9

180

 

Vəsaitlərin hazırlanması

12

Mərkəz tərəfindən tədris-metodiki vəsaitin hazırlanması

3

5

+2

66

 

13

Metodiki ədəbiyyatın hazırlanmasına köməklik edilməsi və rəy verilməsi

2

5

+3

150

 

Katiblik funksiyaları

14

Elmi-Məsləhət Şurasının iclasının keçirilməsinin təşkili

1

3

+2

200

 

15

Etik Davranış Komissiyasının iclasının keçirilməsinin təşkili

5

15

+10

200

 

16

Etik Davranış Kodeksinin təkmilləşdirilməsi üzrə irəli sürülmüş təkliflər

11

11

-

-

 

Digər fəaliyyət növləri

17

“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının nəşrə hazırlanmış buraxılışları

4

4

-

-

 

18

Prokurorluğun digər mətbu nəşrlərinin hazırlanması istiqamətində görülmüş işlər

2

4

+2

100

 

19

Elmi-tədqiqat tədbirlərin, o cümlədən konfrans və seminarın təşkili

1

2

+1

100

 

20

Elmi-tədqiqat tədbirlərində, o cümlədən konfrans və seminarda iştirak

3

14

+11

366

 

21

Baş Prokurorluğun Kitabxanasının kitab fondunda olan ədəbiyyatın sayı

3.717

4.512

+795

21

 

İnformasiya kommunikasiya texnologiyaların tətbiqi

22

“Distant Tədris” platformasının təkmilləşdirilməsi üzrə görülmüş tədbir

0

1

+1

100

 

23

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası”na daxil edilmiş tədbir

0

14

+14

 

Yeni

24

“Elektron Kitabxana” veb-saytında olan nəşrlərin sayı

0

430

+430

 

Yeni

Kadr məsələləri

25

Tətbiq edilmiş dövlət təltiflərin və həvəsləndirmə tədbirlərin sayı

5

10

+5

100

 

26

Tətbiq edilmiş intizam tənbehlərin sayı

0

0

-

-

 

 

      Qeyd edilməlidir ki, 2021-ci il ərzində tədris sahəsində görülmüş işlərin həcmi əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Belə ki, Mərkəz tərəfindən 2019-cu ildə təşkil edilmiş 5 tədris tədbirində 205 dinləyici iştirak etmiş, 399 məşğələ tədris olunmuş, onlardan 168-i (42,1 %) Mərkəzin işçiləri tədris etmişlər. Pandemiya ilə əlaqədar 2020-ci ildə tədris tədbirləri az sayda olmuş, bu səbəbdən təşkil edilmiş 3 tədris tədbirində cəmi 64 dinləyici iştirak etmiş, 149 məşğələdən isə 53-ü (35,6 %) Mərkəzin işçiləri tərəfindən tədris edilmişdir. Artıq 2021-ci ildə internet üzərindən ZOOM proqramından səmərəli istifadə etməklə tədris tədbirlərin təşkilində müsbət dönüş əldə edilmiş, odur ki keçirilmiş 12 tədris tədbirində artıq 1.260 dinləyici iştirak etmiş, onlara 297 məşğələ tədris edilmiş və tədris yükünün 38,3 % (114 məşğələ) məhz Mərkəzin işçilərinin üzərinə düşmüşdür.
2019-cu ildə cari ilə nisbətdə tədris edilmiş məşğələlərin (tədris saatlarının) sayının çox olması Mərkəzin əvvəlki inzibati binasında olan auditoriya imkanlarının (sahələrinin kiçik olması) məhdudluğu ilə əlaqədar olmuşdur ki, eyni və təkrarlanan tədris mövzuları dinləyiciləri müxtəlif qruplara bölməklə tədris edilmişdir.
Yeni inzibati binada müasir standartlara cavab verən geniş (320 və 88 nəfərlik) auditoriyalar fəaliyyət göstərdiyindən karantin rejiminin qaydaları nəzərə alınmaqla, sosial məsafəyə riayət edib eyni vaxtda 100-dən artıq dinləyicinin iştirakı ilə istənilən tədris tədbirinin təşkili mümkündür. Bu isə həm dinləyicilərin, həm də təlimçilərin iş vaxtının əməhmiyyətli qənaətinə imkan verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

T Ə K L İ F L Ə R

          Tədris edilmiş sahələr təhlil olunarkən məlum olur ki, prokurorluq və digər hüquq mühafizə orqanları işçilərinin mütəmadi rastlaşdıqları ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinə aid çətinliklərin həllinə həsr olunmuş müasir elmi və praktiki nailiyyətlərin, texnologiyaların tətbiqini nəzərdə tutan mövzulara üstünlük verilmişdir.

  • Bununla belə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktuallığı nəzərə alınaraq, 2022-ci ildə prokurorluq və digər hüquq mühafizə orqanları əməkdaşları üçün müvafiq sahə üzrə peşə hazırlığının artırılması kursunun təşkili zamanın tələblərinə cavab vermiş olardı.
  • Eyni zamanda digər hüquq mühafizə orqanlarının (vergi, gömrük) əməkdaşları üçün keçirilmiş təlimlərin təhlili göstərir ki, bu sahədə təşkil olunan tədris tədbirləri effektiv olmuşdur. Bu qənaətə həm bilavasitə dinləyici qismində iştirak etmiş işçilərin, həm də onların peşə hazırlığının artırılması ilə məşğul olan qurumların rəhbər vəzifəli şəxslərinin fikirlərinə əsasən gəlinmişdir. Odur ki, digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün tədris tədbirlərinin təşkilinin davam etdirilməsi məqsədəuyğun olardı.
  • Bundan başqa, prokurorluq işçilərinin ixtisasının artırılması məqsədilə bu sahədə müvafiq səlahiyyətə malik (Nizamnaməsinin 14-cü bəndinə uyğun olaraq) Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının imkanlarından da istifadə mümkündür. Belə ki, Akademiya tərəfindən Mərkəzlə birlikdə müvafiq ixtisaslı mütəxəssislər cəlb edilməklə, mürəkkəb və yeni növ ekspertizalar, elmi-tədqiqat işinin təşkili, natiqlik və sosial media ilə ünsiyyət, habelə digər mövzular üzrə ixtisasartırma təlimlərinin təşkili məsələlərinə baxıla bilər.
  • Habelə tədris tədbirlərinin praktiki səmərəliyinin artırılması məqsədilə səhnələşdirilmiş kriminalistik poliqonun yaradılması məqsədəmüvafiq olardı. Məsələn, həmin poliqonda odlu və ya soyuq silahla qətlin, eləcə də asılmaqla intiharın simulyasiyasının hadisə yerini özündə ehtiva edən otaqların yaradılması mümkündür.
  • 2020 – 2021-ci illər ərzində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclaslarında bir çox aktual məsələlərin müzakirə olunduğu, bu müzakirələrin hüquq ictimaiyyəti üçün faydalılığını nəzərə alaraq, həmin iclas materialları əsasında məlumat toplusunun hazırlanması metodiki əhəmiyyət kəsb edərdi.
  • “Azərbaycan Respublikası Prokurorluğunun 2020 – 2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyasının icrası üzrə Tədbirlər Planının” 5.5.2-ci bəndində prokurorluq işçilərinin və dövlət qulluqçularının tədris strategiyası üzrə təkliflərin hazırlanması nəzərdə tutulub. Odur ki, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə digər ölkələrin bu sahədə müasir təcrübəsi öyrənilməli, qabaqcıl milli ali təhsil, eləcə də digər hüquq-mühafizə orqanlarının tədris müəssisələrinin fəaliyyət prinsipləri nəzərdən keçirilməli, bu sahədə olan innovativ üsulların prokurorluq orqanlarında tətbiqinin mümkünlüyü müəyyən edilməlidir. Bunun üçün prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili ilə bağlı metodiki vəsaitin hazırlanması mümkündür.
  • Həmin Tədbirlər Planının 5.5.12-ci bəndində prokurorluq, habelə digər tərəfdaş elm, təhsil və tədris qurumlarının əməkdaşları üçün açıq olan elektron kitabxana sisteminin qurulmaqla yerli və beynəlxalq kitabxanalara inteqrasiya edilməsi nəzərdə tutulub. Bununla əlaqədar Mərkəz tərəfindən yaradılmış Baş Prokurorluğun Elektron Kitabxanasının əməliyyat sisteminin Android və İOS versiyalı olan mobil cihazlarda işləməsi, habelə onun digər kitabxanalara inteqrasiya olunması üçün onun texniki şərtləri hazırlanması məqsədəmüvafiqdir.
  • Baş Prokurorluğa işə qəbul müsabiqəsində müvəffəqiyyət əldə etmiş namizədlərin Mərkəzdə icbari təlimə cəlb edilmə təcrübəsinin təhlili göstərir ki, namizədlərin böyük əksəriyyəti digər dövlət orqanları və ya özəl təsərrüfat subektlərində müxtəlif vəzifələrdə işləyir. Həmin şəxslərin icbari təlim bitənədək prokurorluğa qulluğa qəbul edilməməsi və icbari təlimin əyani şəkildə keçirilməsi onların əsas iş yerindən ayrılmasına səbəb olur. Bu şəraitdə isə əvvəlki işəgötürənin bununla bağlı vəzifələri qanunvericiliklə tənzimlənmir. Qeyd edilməlidir ki, hakim vəzifəsinə namizədlərin seçilməsi qaydasını müəyyən edən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-3cü maddəsinə əsasən, təlim mərhələsinə keçirilmiş hakim vəzifəsinə namizədlərin iş yerləri və orta əməkhaqları saxlanılır. Odur ki, gələcəkdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna və digər normativ aktlara müvafiq məzmunda dəyişikliyin edilməsi ilə bağlı qanunvericilik təşəbbüsünün nəzərdən keçirilməsi məsələsinə baxılması təklif olunur.