Türk Ədliyyə Təlim Şəbəkəsinin Bakı şəhərində keçirilən konfransının açılışı olub

Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin dekabr ayının 17-dən 18-dək Baku Marriott Boulevard otelində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı keçirilib.
“Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransın açılışında salamla nitqi ilə Azərbaycanın Respublikasının Baş prokuroru Kamran Əliyev, Ədliyyə naziri Fərid Əhmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış ediblər.
Kamran Əliyev bildirib ki, 2009-cu ildə Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının təsis edilməsi, daha sonra isə həmin təsisatın təkmilləşdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi qardaş xalqlar arasında inteqrasiya proseslərinin yeni müstəviyə qədəm qoyub. Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin qətiyyətinin, dahi Sərkərdə qabiliyyətinin, ölkəmizdə mövcud olan birlik və vəhdətin, müzəffər Azərbaycan Ordusunun rəşadət və peşəkarlığının təzahürü ilə əldə etdiyimiz parlaq qələbəni bütün Türk Dünyası Azərbaycan xalqı ilə birlikdə xüsusi sevinclə qeyd edib.
Baş prokuror qeyd edib ki, bu birlik hüquq-mühafizə orqanlarının fəaliyyətinə çox müsbət təsir etmiş, qurumlar arasında faydalı əməkdaşlıq yaranıb. “2021-ci ildə Bakı şəhərində əsası qoyulmuş Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının fəaliyyəti xüsusi qeyd edilməlidir”.
Baş prokurorun sözlərinə görə, qardaş türk dövlətlərinin hüquq-mühafizə orqanları, məhkəmə akademiyaları və təlim mərkəzləri ilə mövcud əməkdaşlıq əlaqələrinin institusionallaşması ilə bağlı əməli addımlar atılıb.
Kamran Əliyev çıxışında vurğulayıb ki, bizim üçün qardaş ölkələrin təcrübəsinin öyrənilməsi, öz müsbət təcrübəmizlə bölüşmək çox əhəmiyyətlidir. Əminəm ki, hakim və prokurorların peşə hazırlığında da müasir texnologiyaların, proqram təminatlarının tətbiqi ilə bağlı müzakirələr xüsusi əhəmiyyətə sahib olacaq.