Mərkəzin nümayəndəsi Ümumrusiya Suxarev oxunuşlarında məruzə ilə çıxış edib
11 oktyabr 2024-cü il tarixində Rusiya Federasiyası Prokurorluğunun Universitetində “Prokurorluq fəaliyyətinin konstitusiya əsasları (Suxarev oxumaları)” X Ümumrusiya elmi-praktik konfrans keçirilib. Konfrans görkəmli dövlət xadimi, hüquqşünas alim Aleksandr Suxarevin doğum gününə həsr olunub.
Plenar iclas və sessiyaların işi “Rusiya Federasiyasının prokurorluğunun konstitusiya və hüquqi statusu: tarix və müasirlik”, “Cinayət-hüquq sahəsində prokurorluq fəaliyyətinin konstitusiya əsasları” və sair aktual məsələlərin müzakirəsinə həsr olunub. Forumda Rusiya Federasiyası Baş Prokurorluğunun, dövlət orqanlarının və ictimai təşkilatların, prokurorluq orqanlarının, elm və təhsil təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Baş Prokurorluğun Elmi-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru böyük prokuroru Nigar Əskərova “Azərbaycan Respublikasında prokurorun konstitusiya-hüquqi statusu” mövzusunda çıxış edib. Onun məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və müzakirələr zamanı xüsusi diqqət çəkib. Həmin çıxışın konfransın elmi məcmuəsində dərc olunması nəzərdə tutulub.