ABŞ-ın nüfuzlu Vaşinqton Universitetinin nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış olub
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir. ADA Universiteti ilə 12.05.2022-ci ildə imzalanmış birgə əməkdaşlıq haqqında memorandumun tələblərinə uyğun olaraq 2024-cü ilin may ayının 8-də həmin universitet ilə tərəfdaş münasibətləri olan ABŞ-ın nüfuzlu Vaşinqton Universitetinin professor və müəllimlərdən ibarət nümayəndə heyəti ADA-nın əməkdaşlarının iştirakı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
İlkin olaraq qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar.
Daha sonra qonaqlar üçün Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev, böyük prokuroru Nigar Əskərova və baş məsləhətçisi İlkanə Qasımova tərəfindən “Prokurorluq orqanlarının strukturu və fəaliyyət istiqamətləri”, “Azərbaycanda prokurorların peşə hazırlığı” və “Prokurorluq orqanlarında dövlət qulluqçularının statusu və fəaliyyət prinsipləri” mövzularında ingilis dilində təqdimatlar keçirilmişdir.
Görüş zamanı qonaqları maraqlandıran mövzular üzrə faydalı fikir mübadiləsi aparılmışdır.