Elm-Tədris Mərkəzində Tacikistan prokurorluğunun nümayəndə heyəti üçün təqdimat keçirilib
2022-ci il dekabrın 15-də Azərbaycan və Tacikistan Respublikasının Baş Prokurorluqları arasında imzalanmış “2023 – 2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə cari ilin iyulun 16-da Tacikistan Prokurorluğunun nümayəndə heyəti ölkəmizə səfərə gəlmişlər.
Səfər proqramına digər tədbirlərlə yanaşı, prokurorluq orqanlarının funksional təyinatı, imkanları və texniki təchizatı ilə tanışlıq daxil edilmişdir.
Elm-Tədris Mərkəzin şöbə rəisi Nigar Qələndərli Mərkəzin iş prinsipi, peşə hazırlığı və tədris prosesində istifadə olunan informasiya sistemləri barədə qonaqlara geniş məlumat vermişdir.
Daha sonra nümayəndə heyəti Elm-Tədris Mərkəzinin yerləşdiyi Baş Prokurorluğun inzibati binalar kompleksinə gələrək, prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istintaq otaqları, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi, tarixi-memorial qalereya, kitabxana, iclas zalları və tədris auditoriyaları ilə tanış olmuşlar.
Tacikistan Baş Prokurorluğunun nümayəndə heyəti üzvləri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd ediblər.