“Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilib
Qeyd olunduğu kimi 2024-cü ilin iyun ayının 4 və 5 tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində Bakı şəhərində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir.
Tədbir Bakı şəhərində yerləşən Fairmont mehmanxanasında keçirilmiş, müvafiq görünüşlü fotostend qurulmuş, konfrans zalı zəruri avadanlıqlarla təchiz edilmiş, müxtəlif dillərdə çıxışlar üçün tərcüməçilərin xidmətindən istifadə edilmişdir.
Konfransın açılışındı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəməsinin sədri İnam Kərimov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov salamlama nitqi ilə çıxış etmişlər.
Konfransın ilk günü 3 panel mövzu üzrə müzakirələrin aparılması formatında təşkil olunmuşdur. Xüsusən də 1-ci panel Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının moderatorluğu ilə “Məhkəmə sistemində elektron informasiya texnologiyalarından istifadə” mövzusunda keçirilmişdir. Mövzu ətrafında Türkiyə Ədliyyə Nazirliyində Baş idarə rəisi Servet Gül, Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsini icra edən Qismət Qurbanov, Qazaxıstan Ədliyyə Akademiyasının rektoru Zaureş Baymoldina, Qırğızıstan Narın Vilayət Məhkəməsinin sədri Bekmukhammet Musurmankulov, Özbəkistan Ali Hakimlər Məktəbinin direktoru Xoci-Murad İsakov, Şimali Kipr Ali Məhkəməsinin hakimi Cenkay İnan çıxış etmişlər.
2-ci panel “Prokurorluq orqanlarının fəaliyyətində elektron informasiya sistemlərinin tətbiqi” mövzusuna həsr edilmiş və onun moderatorluğu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov həyata keçirilmişdir. Mövzu ilə bağlı Mərkəzin şöbə rəisi Əmir Ocaqverdiyev, Qazaxıstan Hüquq Mühafizə Orqanları Akademiyasının prorektoru Gülnar Şuşikova və həmin Akademiyanın dosenti Dauren Utepova, Qırğızıstan Baş Prokurorluğunun ofis prokuroru Timurbek uulu Baxtiyar, Özbəkistan Hüquq Mühafizə Orqanları Akademiyasının prokuroru Şerzod Matçanov, Şimali Kipr Baş Prokurorluğunun prokuroru Enver Atilla öz fikirlərini bildirmişlər.
3-cü paneldə Azərbaycan Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfovun moderatorluğu ilə “Türk dövlətlərinin mülki qanunvericiliyinin təhlili və yaxınlaşdırılması” mövzusu üzrə müzakirələr aparılmış, müzakirələrdə Beynəlxalq Türk Akademiyasının prezidentinin müavini Ashat Kesikbayev, Türkiyə Ədliyyə Nazirliyində Baş idarənin rəis müavini Ahmet Üstünbaş, Azərbaycan Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, Qazaxıstan Hüquq Mühafizə Orqanları Akademiyasının baş müəllimi Adil Alibekov, Qırğızıstanın Oş Şəhər Məhkəməsinin hakimi Qalina Şin, Özbəkistan Ali Hakimlər Məktəbinin müəllimi Dilmurad Artikov, Şimali Kipr Ali Məhkəməsinin hakimi Rauf Kürşad iştirak etmişlər.
2024-cü ilin iyun ayının 5-də Konfrans öz işini davam etdirmiş və 4-cü panelin mövzusu “Hakim və prokurorların tədrisində elmi tədqiqatların və tədrisin təşkilin olunmasında elektron texnologiyaların rolu” olaraq, ona moderatorluq Türkiyə Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemir etmişdir. Bu mövzu ətrafında Azərbaycan Ədliyyə Akademiyasının bölmə rəisi Gülarə Məmmədovanın və Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyevin, Özbəkistan Hüquq Mühafizə Orqanları Akademiyasının şöbə müdiri Askar İbrahimovun, Türkiyə Ədliyyə Akademiyasının şöbə rəhbəri Abdullah Muratın, Qazaxıstan Ədliyyə Akademiyasının dosenti Raushan Yusupovanın və Şimali Kipr Baş prokurorluğunun prokuroru Enver Atillanın məruzələri dinlənilmişdir.