Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi beynəlxalq təlim
2022-ci ilin oktyabrın 21-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilmiş Beynəlxalq humanitar hüquq (BHH) pozuntularının araşdırılmasına cəlb olunmuş hüquq ekspertlərin iştirakı ilə hakimlər, prokurorlar və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) aparatının əməkdaşları üçün bir günlük təlim keçirilmişdir.
Bakı şəhərində yerləşən “Park İnn” otelində təşkil olunmuş sözügedən tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluğunun müxtəlif idarələrinin nümayəndələri iştirak etmişlər. Baş Prokurorluğunun Elm-Tədris Mərkəzini bu tədbirdə Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova təmsil etmişdir.