Magistrlik dissertasiyalarının müdafiəsində Mərkəzin əməkdaşı iştirak edib
11-12 iyun 2024-cü il tarixlərində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş ixtisaslaşdırılmış Elmi Şuranın iclası keçirilib.
İxtisaslaşdırılmış Elmi Şuranın tərkibində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli, Polis Akademiyasının rəhbərliyi, Bakı Dövlət Universitetinin və Vəkillər Kollegiyası Akademiyasının professor-müəllim heyəti iştirak etmişlər.
Elmi Şuranın iclasına Polis Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 13 magistrantı tərəfindən magistrlik dissertasiyaları təqdim edilmişdir.
Dissertasiya işlərinin təqdimatı keçirilmiş və həmin işlər üzrə müzakirələr aparılmışdır. İclas çərçivəsində Elmi Şuranın üzvləri çıxış edərək magistrantlara öz sual, təklif və tövsiyələrini bildirmişlər. Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirilmiş, hər bir iş üzrə qiymətləndirmə aparılmışdır. Tədbirin sonunda qiymətləndirmənin nəticələrinə əsasən 13 magistranta “magistr” elmi-ixtisas dərəcəsi verilməsinə qərar verilmişdir.