“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilmiş elmi-praktik konfransda Mərkəzin şöbə rəisi iştirak edib
2024-cü ilin may ayının 23-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, eləcə də Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilmiş elmi-praktik konfransda Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli iştirak edib.
Tədbirin mövzusu ilə bağlı AMEA-nın prezidenti, Ekologiya və təbii sərvətlər naziri, Elm və təhsil naziri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri çıxış ediblər.
Konfrans çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələr, ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışılıb.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olduğu ilə əlaqədar keçirilmiş bu konfransda həmçinin AMEA-nın Rəyasət Heyətinin üzvləri, Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi və media əməkdaşları iştirak ediblər.