Xüsusi xidmət orqanlarının yaradılmasının 105 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransda Elm-Tədris Mərkəzinin əməkdaşları iştirak edib
Xüsusi xidmət orqanlarının yaradılmasının 105 illiyinə həsr olunmuş 15 mart 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında keçirilmiş “Azərbaycanın təhlükəsizlik orqanları: tarixi inkişaf və müasirlik” adlı respublika elmi-praktik konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, şöbə rəisi Nigar Qələndərli və böyük prokuroru İradə Xəlilova iştirak etmişlər.
Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında baş tutmuşdur. Tədbirə Milli Məclisin deputatı, hüquq mühafizə orqanlarının elm-tədris qurumlarının vəzifələri şəxsləri və əməkdaşları, ali təhsil müəssisələrinin və ictimai təşkilatlarının nümayəndələri dəvətli olmuşlar.
Tədbirin açılışından əvvəl xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə gül qoyulmuş və Dövlət Himni səsləndirilmişdir.
Tədbir zamanı xüsusi xidmət orqanlarının yaradılmasının 105 illiyinə həsr olunmuş videomaterial nümayiş etdirilmiş və çıxışlar edilmişdir. Çıxışlar zamanı xüsusi xidmət orqanlarının yaradılmasının tarixi barədə, inkişafında və bu sahədə milli kadrların hazırlanmasında Ulu Öndərin misilsiz rolu qeyd edilmiş, Ulu Öndərlə bağlı xatirələr səsləndirilmişdir.
Həmçinin konfransın sənədlər toplusunda Nigar Qələndərlinin “Müasir dövrdə təhlükəsizlik sahəsində inkişaf prosesi” mövzusunda və İradə Xəlilovanın “Prokurorluq orqanlarında etik davranış qaydalarının təkmilləşdirilməsi” mövzusunda məqalələri dərc edilmişdir.
Bu kimi tədbirlər Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası arasında formalaşmış qarşılıqlı əlaqələrin gələcəkdə də elmi yaradıcılıq fəaliyyəti üçün daha da məhsuldar olacağına əminlik yaradır.