Mərkəzin qadın prokurorlarının iştirakı ilə keçirilən tədbirin mövzusu dövlətçiliyin qorunmasında Azərbaycan qadınının rolu olmuşdur
2023-cü ilin dekabr ayının 19-da Dövlət Gömrük Komitəsi Akademiyasının təşkilatçılığı ilə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan qadını dövlətçiliyin keşiyində” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransın hədəfləri Ulu Öndərin dövlətçilik strategiyasının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərin, Prezidentimiz cənab İlham Əliyevin qadın siyasətinin, onların dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatındakı rolunun işıqlandırılması olmuşdur.
Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil edilən konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Polis, Ədliyyə, Milli Aviasiya, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Dəniz Akademiyalarının, eləcə də Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin, Daxili Qoşunların Ali Hərbi Məktəbinin qadın əməkdaşları iştirak etmişlər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Konfrans Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov və rəis müavini Cəmilə Namazova tərəfindən açıq elan edildikdən sonra Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova “Qanın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir.
Konfransda keçirilmiş təqdimatlar, dinlənilən çıxışlar və səslənən fikirlər müzakirə edildikdən sonra, bu elmi-tədqiqat tədbiri Dövlət Gömrük Komitəsi Akademiyasının istedadlı tələbəsinin bədii ifası ilə başa çatmışdır.
Konfrans çərçivəsində Mərkəzin əməkdaşları Nigar Qələndərli, Nigar Əskərova və Sarıtel Əliyeva tədbir iştirakçıları ilə təcrübə mübadiləsi aparmışlar.