Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəhbərliyi elmi-praktik konfransda iştirak edib

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev və Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli iştirak ediblər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycanın müstəqil dövlət kimi formalaşması və inkişafındakı tarixi xidmətləri, milli təhlükəsizliyin təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və ölkənin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti, təhlükəsizlik orqanlarının veteranları və Akademiyanın kursantları iştirak ediblər.