Gənc hüquqşünaslarla görüş keçirilib
2026-cı il mayın 2-də ADA Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Baş Prokurorluqda olublar.
Səfər çərçivəsində tələbələr Baş Prokurorluğun fəaliyyəti ilə yaxından tanış olub, qurumun əsas fəaliyyət istiqamətləri, prokurorluq orqanlarında tətbiq olunan müasir iş prinsipləri və gənc hüquqşünasların peşəkar inkişaf imkanları barədə məlumatlandırılıblar.
Tələbələr Baş Prokurorluğun Kriminalistika laboratoriyası, Memorial Qalereyası, Elm-Tədris Mərkəzi, kitabxanası və digər inzibati sahələri ilə tanış olub, onlara müvafiq struktur bölmələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması və fikir mübadiləsi ilə başa çatıb.

