Ramin Camalov DTX Akademiyasının tədbirində iştirak edib
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr olunmuş “Rəqəmsal suverenlik və süni intellekt: milli təhlükəsizlik konsepsiyasının yeni mərhələsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə ilk növbədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi Ramin Camalov və Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin şöbə rəisi Akif Məmmədov iştirak etmişlər. Onlarla yanaşı, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da tədbirdə iştirak etmişlər.
Akademiyanın rəhbərliyi və əməkdaşları ilə yanaşı, respublikanın digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşlarının da iştirak etdiyi tədbir açıq elan olunduqdan sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Daha sonra tədbir məruzələrlə və maraqlı çıxışlarla davam etdirilmiş, sonda müxtəlif sahələr üzrə müzakirələr aparılmışdır.

