Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənəd tədris, təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi, hüquq sahəsində peşəkar potensialın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin sistemli əsasda qurulmasını nəzərdə tutur.
Memorandumun imzalanması mərasimində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, rəis müavini Səbuhi Şahverdiyev və şöbə rəisi Nigar Qələndəli, eləcə də Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Tədris Mərkəzinin rəhbəri Əmir Əliyev iştirak etmişlər.
Memoranduma uyğun olaraq, tərəflər hüquq sahəsində bilik və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəklər.

