ŞURANIN FƏALİYYƏTİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin dəstəyi ilə beynəlxalq tipli seminar təşkil olunub

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi tərəfindən 9 mart 2023-cü il tarixdə prokurorluq, vergi və gömrük orqanlarının əməkdaşları üçün hüquqi biliklərin təbliği və maarifləndirmənin həyata keçirilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizənin əsasları” mövzusunda seminar təşkil edilib.
Tədbir Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamal Cəfərovun və Elmi-Məsləhət Şurasının katibi Nigar Qələndərlinin təşkilatçılığı ilə internet üzərindən onlayn rejimində baş tutub.
Tədbirdə Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, İstintaq idarəsinin, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.
Seminarın təlimçisi Beynəlxalq Anti-Korrupsiya Akademiyasının mühazirəçisi, ABŞ-ın Yel Universitetinin hüquq üzrə fəlsəfə doktoru, professor Maykl Conston ABŞ-ın Harvard və Kolgeyt universitetlərində, Böyük Britaniyanın Qlazqou, Durham və York universitetlərində korrupsiyaya qarşı mübarizə mövzusunda mühazirələrlə çıxış edib. O, həmçinin Beynəlxalq Anti-Korrupsiya Akademiyasının magistr proqramında təhsil almış bütün azərbaycanlı tələbələrə mühazirələr deyib.
Həmçinin professor Maykl Conston Kembric Universiteti tərəfindən nəşr edilən “Korrupsiyanın sindromları” və “Korrupsiya, mübahisələr və islahatlar: dərin demokratikləşmənin gücü” kitablarının müəllifidir.