KİTABXANA FONDU

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kitabxana fondu – 2024

Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binalar kompleksinin iki korpusunda yerləşərək, müasir avadanlıqlarla təchiz edilmiş kitabxanalar Elm-Tədris Mərkəzinin idarəçiliyində 2024-cü ildə fəaliyyətini uğurla davam etdirmişdir. Kitabxanaların malik olduğu zəngin ədəbiyyat fonduna müxtəlif dillərdə hüquq, tarix və mədəniyyət sahələrinə aid kitab daxildir. Kitabxananın fondunda o cümlədən, milli və xarici müəlliflərin monoqrafiyaları, dərs vəsaitləri, metodiki vəsaitlər, hüquqi və bədii əsərlər də yer alır. Kitabxanaların fondunda yer alan nəşrlər müvafiq sahələr üzrə bölüşdürülərək ayrı-ayrı şöbələrdə yerləşdirilmişdir.

2024-cü il ərzində kitabxanaların ədəbiyyat fondu daha da zənginləşmişdir. Belə ki, Mərkəzin əməkdaşları tərəfindən ianə olunanlarla birlikdə kitabxanalara 727 sayda yeni nəşr əlavə edilmişdir (ilin əvvəlində 5.003 nəşr olmuşdur). Kitabxana fondunda yer alan nəşrlər sahələr üzrə təsnifləşdirilərək müvafiq şöbələrə əlavə edilmişdir. Mətbu nəşrlər dövlət qurumları, məhkəmə və prokurorluq orqanları, ali təhsil müəssisələri, veteranlar və sair arasında paylanılmış, kitabların bir qismi Elmi-Məsləhət Şurasının üzvlərinə təqdim edilmiş, Qarabağ Universitetinə və Baş Prokurorluğun qonaqlarına ianə edilmiş, eləcə də müəlliflərə verilmişdir. Hazırda kitabxana fondunda müxtəlif dillərdə ayrı-ayrı sahələri əhatə edən 5.400 nəşr mövcuddur (onlardan 60 kitab Xankəndi şəhər prokurorluğunun, 310 kitab isə Qəbələ rayon prokurorluğunun kitabxanalarında saxlanılır).