Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kitabxana fondu – 2023
Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binalar kompleksinin iki korpusunda yerləşərək, müasir avadanlıqlarla təchiz edilmiş kitabxanalar Elm-Tədris Mərkəzinin idarəçiliyində 2023-cü ildə fəaliyyətini uğurla davam etdirmişdir. Kitabxanaların malik olduğu zəngin ədəbiyyat fonduna müxtəlif dillərdə hüquq, tarix və mədəniyyət sahələrinə aid kitab daxildir. Kitabxananın fondunda o cümlədən, milli və xarici müəlliflərin monoqrafiyaları, dərs vəsaitləri, metodiki vəsaitlər, hüquqi və bədii əsərlər də yer alır. Kitabxanaların fondunda yer alan nəşrlər müvafiq sahələr üzrə bölüşdürülərək ayrı-ayrı şöbələrdə yerləşdirilmişdir.
Cari il ərzində kitabxanaların ədəbiyyat fondu daha da zənginləşmiş, kitabxanalara 266 sayda yeni nəşr əlavə edilmişdir. Həmin nəşrlərdən 20-si məhz Mərkəzin əməkdaşları tərəfindən ianə edilmişdir. Hazırda kitabxana fondunda müxtəlif dillərdə ayrı-ayrı sahələri əhatə edən 5.003 nəşr mövcuddur (onlardan 310 kitab Qəbələ rayon prokurorluğunun kitabxanasında saxlanılır).