KİTABXANA FONDU

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kitabxana fondu – 2021

Elm-Tədris Mərkəzi tərəfindən idarə olunan Baş Prokurorluğun yeni inzibati kompleksinin hər iki korpusunun 1-ci mərtəbələrində yerləşən kitabxanalar müasir avadanlıqlarla təchiz edilib və onların ədəbiyyat fondu hüquq, tarix və mədəniyyət sahələrini əhatə edən unikal və müxtəlif dillərdə olan kitablarla zəngindir. Eyni zamanda kitabxanalarda çap məhsulları müvafiq sahələr üzrə bölünərək ayrı-ayrı şöbələrdə yerləşdirilib. 2021-ci il ərzində kitabxananın ədəbiyyat fondu xeyli kitablarla zənginləşdirilmişdir. Kitab fondunda milli və xarici monoqrafiyalar, dərs vəsaitləri, metodiki vəsaitlər, hüquqi və bədii ədəbiyyatlar də vardır. Hazırda kitabxanaların ədəbiyyat fondu 4.512 ədəd kitabdan ibarətdir.
İrkutsk milli texniki universitetinin Baş Prokurorluğa göndərdiyi hüquq ədəbiyyatın hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün əhəmiyyətli olduğundan bu nəşrlərin kitabxananın kitab fonduna əlavə etməklə Mərkəzin tədris-metodoloji fəaliyyətində tətbiq edilməsi qərara alınmışdır.