MƏTBU NƏŞRLƏR

Dövri elmi-praktiki jurnalın və digər mətbu nəşrlərin hazırlanması – 2023

Fəaliyyəti üçün məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi olan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2023-cü il ərzində 5 buraxılışı hazırlanaraq, çap edilməsi və paylanılması təmin edilmişdir. Həmin buraxılışlarda qanunvericiliyə edilmiş mühüm dəyişikliklər, eləcə də Baş Prokurorluğun Mətbuat xidmətinin əsas məlumatları oxucuların diqqətinə çatdırılmışdır.
Jurnalın 202 səhifədə olan 2022-ci ilin 4-cü buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 13 əhəmiyyətli hadisə və prokurorluq qurumlarının 76 tədbiri barədə məlumatlar, eləcə də 8 məqalə və müsahibə dərc edilmişdir.
Jurnalın 187 səhifədə olan 2023-cü ilin 1-ci buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 6 əhəmiyyətli hadisə və prokurorluq qurumlarının 56 tədbiri işıqlandırılmış, nəşrdə 8 məqalə və müsahibə öz əksini tapmışdır.
Jurnalın 183 səhifədə olan 2023-cü ilin 2-ci buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 6 əhəmiyyətli hadisə və prokurorluq qurumlarının 67 tədbiri barədə məlumatlar verilmiş, 6 məqalə və müsahibə dərc edilmişdir.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar jurnalın “Heydər Əliyev və Azərbaycan Prokurorluğu” adlı xüsusi buraxılışı nəşrə hazırlanaraq dərc edilmişdir. 246 səhifədə olan bu xüsusi buraxılışda xalqımızın Ümummilli lideri Heydər Əliyevin parlaq və unudulmaz xatirəsinə həsr olunmuş prokurorluq qurumları tərəfindən keçirilmiş 52 tədbir barədə məlumatlar, eləcə də Ulu Öndərin zəngin və çox şaxəli irsini əhatə edən həmkarlarımızın 31 məqalə və müsahibəsi yer almışdır.

Cari ildə prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının xüsusi buraxılışı çap edilmişdir. Həmin buraxılış 235 səhifədə olmaqla, ölkənin ictimai-siyasi həyatında baş vermiş 8 əhəmiyyətli hadisəni, prokurorluğun 105-ci ildönümünə həsr olunmuş 28 tədbiri, eləcə də prokurorluq qurumları tərəfindən keçirilmiş 48 tədbiri əhatə etmiş, eyni zamanda həmin nəşrdə 11 məqalə və müsahibə yerləşdirilmişdir.
“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının yuxarıdakı buraxılışlarında Mərkəzin əməkdaşlarının 12 məqaləsi dərc edilmişdir. Bakı Dövlət Universiteti tərəfindən nəşrə hazırlanmış “Elmi Məqalələr Məcmuəsi” adlanan topluda Mərkəzin əməkdaşının “Özünü öldürmə həddinə çatdırma əməlinə görə məsuliyyət” adlı məqaləsi dərc edilmişdir. 28.09.2023-cü ildə “Respublika” qəzetinin 210-cu nömrəsində Mərkəzin əməkdaşının “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı məqaləsi dərc edilmişdir.
Hesabat dövründə Baş Prokurorluğun “İstintaq təcrübəsi” bülletenin 6-cı və 7-ci nömrələri, eləcə də “Dövlət ittihamının müdafiəsi təcrübəsi” bülletenin 7-ci nömrəsi üzrə Mərkəzin irəli sürdüyü tövsiyə və təkliflər redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra nəşr edilməsi barədə rəy verilmişdir.
Həmçinin “İstintaq təcrübəsi” bülleteninin 7-ci nömrəsində Mərkəzin rəis müavini Talıb Cəfərovun “Cinayətkarlığın vəziyyətinin, strukturunun və dinamikasının təhlili və onun əhəmiyyəti” adlı məqaləsi dərc edilmişdir.