MƏTBU NƏŞRLƏR

Dövri elmi-praktiki jurnalın və digər mətbu nəşrlərin hazırlanması– 2022

Fəaliyyəti üçün məsul qurum kimi Mərkəz olan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının (məsul katib Talıb Cəfərov) hesabat dövründə 2021-ci ilin 4-cü və 2022-ci ilin 1, 2 və 3-cü buraxılışlarının materialları hazırlanaraq nəşri həyata keçirilmişdir. Jurnalın rubrikalarında ölkənin ictimai-siyasi həyatında baş vermiş son əhəmiyyətli hadisələr, Baş Prokurorluqda və tabe prokurorluqlarda həyata keçirilən tədbirlər, prokurorluğun beynəlxalq əlaqələri, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, eləcə də yeni qəbul edilmiş hüquqi aktlar barədə müvafiq materiallar yerləşdirilmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində bu mətbu nəşrin da forma və məzmunu baxımından təkmilləşdirilməsi davam etmiş, yuxarıdakı rubrikalarla yanaşı, jurnalda “Prokurorluq və cəmiyyət”, “İki hüquqşünas – iki fərqli hüquqi mövqe” və “Prokurorluğun veteranları” adlı bölmələr öz əksini tapmışdır.
Jurnalın 198 səhifədə olan 2021-ci ilin 4-cü buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 14 əhəmiyyətli hadisə və prokurorluq qurumlarının 63 tədbiri barədə məlumatlar, 8 məqalə və müsahibə dərc edilmişdir. Jurnalın 180 səhifədə olan 2022-ci ilin 1-ci buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 7 əhəmiyyətli hadisə və prokurorluq qurumlarının 41 tədbiri barədə məlumatlar,

10 məqalə və 1 müsahibə öz əksini tapmışdır. Jurnalın 230 səhifədə olan 2022-ci ilin 2-ci buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 7 əhəmiyyətli hadisə və prokurorluq qurumlarının 63 tədbiri barədə məlumatlar, 5 məqalə və 5 müsahibə dərc edilmişdir. Jurnalın 218 səhifədə olan 2022-ci ilin 3-cü buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 13 əhəmiyyətli hadisə və prokurorluq qurumlarının 55 tədbiri barədə məlumatlar, 6 məqalə və 2 müsahibə öz əksini tapmışdır. Jurnalın göstərilən buraxılışlarında qanunvericiliyə edilmiş mühüm dəyişikliklər oxucuların diqqətinə çatdırılmışdır.

Baş Prokurorluğun “İstintaq təcrübəsi” və “Dövlət ittihamının müdafiəsi təcrübəsi” bülletenlərinin 4-cü və 5-ci nömrələri üzrə Mərkəzin irəli sürdüyü tövsiyə və təkliflər redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra nəşr edilib yayılmasının məqsədəuyğunluğu barədə rəy verilmişdir.