KATİBLİK

Etik Davranış Komissiyasının fəaliyyəti – 2020

Etik Davranış Kodeksinin təkmilləşdirilməsi

Mərkəzin 2020-ci ilin ikinci yarımilinə dair İş planının 2-ci bəndində nəzərdə tutulmuş “Prokurorluq əməkdaşlarının peşəkar davranış qaydalarının nəzəri və tətbiqi əsaslarının təhlili, mövcud milli və beynəlxalq təcrübə öyrənilməklə bu sahədə işin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi” adlı tədbirin icrası ilə əlaqədar olaraq milli və beynəlxalq qanunvericilik, o cümlədən xarici ölkələrin, habelə respublikamızın müxtəlif dövlət qurumlarının oxşar təcrübələri və digər ədəbiyyatlar öyrənilmişdir. Təhlil 18 səhifədə olmaqla onun strukturuna “Etik davranış konsepsiyası”, “Prokurorluq əməkdaşlarının etik davranış qaydalarına dair beynəlxalq təcrübə”, “Digər dövlət qurumlarının etik davranış qaydaları və onların prokurorluq orqanlarının etik davranış qaydaları ilə müqayisəli təhlili”, “Azərbaycan Respublikasının prokurorluq əməkdaşlarının etik davranış qaydaları”, “Təkliflər” adlı bölmələr daxil edilmişdir. Təhlilin nəticələri nəzərə alınaraq Azərbaycan Prokurorluğunun Etik Davranış Kodeksinin təkmilləşdirilməsi istiqamətində 11 təklif irəli sürülmüşdür.