Risk göstəricilərinin müəyyən edilməsi, vahid təcrübənin formalaşdırılması, eləcə də hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi – 2024

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 266 və 267-ci bəndlərinin tələblərinə uyğun olaraq Mərkəz vahid təcrübənin formalaşdırılmasında iştirak edərək, prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər qəbul edir və onları ümumiləşdirir. Hesabat dövründə də Mərkəz prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmiş, müxtəlif sənədlərin təkmilləşdirilməsi üçün elmə və hüquqa əsaslanan təkliflər vermiş, onlara münasibətini bildirmişdir. Göstərilən sənədlər sırasından aşağıdakıları misal kimi göstərmək olar:

 

  • “Azərbaycan Respublikası Prokurorluğunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Tədbirlər Planı”nın layihəsi;

  • “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2025 – 2029-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi;

  • Baş Prokurorluqda hazırlanmış Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri;

  • Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş “Xidməti və mülki silah haqqında” Qanunda və Cinayət Məcəlləsində dəyişikliklərin edilməsinə dair layihələr;

  • Nazirlər Kabinetindən daxil olmuş “Siyasi vəzifəli şəxslər haqqında” qanun layihəsi;

  • Ədliyyə Nazirliyindən daxil olmuş “Özəl icra məmurları haqqında” qanun layihəsi;

  • Ali Məhkəmədən daxil olmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

  • Ədliyyə Nazirliyindən daxil olmuş “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi;

  • “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023 – 2025-ci illər üzrə Milli Fəaliyyət Planı” ilə bağlı Baş Prokurorluğun 2024-cü il üzrə İş planının layihəsi;

  • Ali Məhkəmə Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 №-li Qərarında dəyişiklik edilməsi barədə layihə;

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

  • Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzindən daxil olmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

  • “Korrupsiya və şəffaflıq” işçi qrupu tərəfindən hazırlanmış “Maraqlar toqquşması haqqında” qanun layihəsi;

  • “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2025 – 2027-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi və sair.