Risk göstəricilərinin müəyyən edilməsi, vahid təcrübənin formalaşdırılması, eləcə də hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi – 2023
Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 266 və 267-ci bəndlərinin tələblərinə uyğun olaraq Mərkəz vahid təcrübənin formalaşdırılmasında iştirak edərək, prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər qəbul edir və onları ümumiləşdirir. Hesabat dövründə də Mərkəz prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmiş, müxtəlif sənədlərin təkmilləşdirilməsi üçün elmə və hüquqa əsaslanan təkliflər vermiş, onlara münasibətini bildirmişdir. Göstərilən sənədlər sırasından aşağıdakıları misal kimi göstərmək olar:
- Uşaqlara dair strategiyanın həyata keçirilməsi ilə bağlı hazırlanmış qanun layihələri;
- Kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində hazırlanmış normativ hüquqi aktların layihələri;
- Ətraf mühitin mühafizəsi ilə bağlı hazırlanmış normativ aktların layihələri;
- Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hazırlanmış normativ aktların layihələri;
- Təminat xərcliyi və əmək pensiyalarla bağlı hazırlanmış Nazirlər Kabinetinin qərar layihəsi;
- İslah işləri növündə cəzanın çəkilməsi qaydasını tənzimləyən normativ aktların layihələri;
- İnsan alverinə qarşı mübarizə sahəsində normativ aktların layihələri;
- MDB İcra Komitəsinin 2024 – 2028-ci illər üçün Dövlətlərarası Proqramının layihəsi;
- Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası məqsədilə hazırlanmış sənədlər;
- Baş Prokurorluqla Ukrayna Dövlət İstintaq Bürosu arasında Anlaşma Memorandumunun layihəsi;
- Baş Prokurorluqla Fələstin Baş Prokurorluğu arasında Anlaşma Memorandumunun layihəsi;
- Uşaq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərar layihəsi;
- “Özəl icra məmurları haqqında” qanun layihəsi;
- Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığa dair Kompleks Proqramı;
- “Reproduktiv sağlamlığın qorunması haqqında” Qanun layihəsi;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı layihələr;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin layihələri;
- İqtisadiyyat Nazirliyindən daxil olmuş layihələr;
- Maliyyə Monitorinqi Xidmətinin hazırladığı layihələr;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş sənədlər;
- Medianın İnkişafı Agentliyindən daxil olmuş sənədlər;
- Ali Məhkəməndən daxil olmuş qanun layihələri və sair.