Digər qurumlara metodiki ədəbiyyatın hazırlanmasına köməklik edilməsi və rəy verilməsi – 2021
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsi tərəfindən hazırlanmış “Özəl sektorda anti-korrupsiya standartları” adlı Metodik vəsait üzrə Mərkəz tərəfindən 10.03.2021-ci ildə onun nəşr edilib, prokurorluq orqanlarında öyrənilməsinə dair müsbət rəy verilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsi tərəfindən hazırlanmış “Normayaratma fəaliyyəti” adlı Metodik vəsaitdə olan qüsur və çatışmazlıqlar göstərilməklə, Mərkəz tərəfindən 10.03.2021-ci ildə onun nəşr edilib, prokurorluq orqanlarında öyrənilməsinə dair müsbət rəy verilmişdir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmış “Odlu silahdan istifadə edilməklə törədilən cinayətlər üzrə hadisə yerinə və meyitə baxış keçirilməsinə dair” Metodik tövsiyə üzrə Mərkəzin irəli sürdüyü təklif və tövsiyələr müəllif tərəfindən dəyərləndirildikdən sonra 05.05.2021-ci ildə Elmi-Məsləhət Şurasının müzakirəsinə çıxarılmaqla onun nəşr edilməsinə dair müsbət rəy verilmişdir.
Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən hazırlanmış “Mənzil toxunulmazlığını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi) faktları üzrə aparılan ibtidai araşdırmaya dair” Metodik vəsaitin daha da təkmil və zəngin olması, eləcə də onun əqli dəyərini artırmaq üçün Mərkəzin irəli sürdüyü tövsiyə və təkliflər dəyərləndirildikdən sonra 07.06.2021-ci ildə vəsaitin nəşr edilib, prokurorluq orqanlarında öyrənilməsinə dair müsbət rəy verilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanmış “İnformatorların müdafiəsi” adlı Bələdçinin layihəsində aşkar edilmiş çatışmazlıq və qeyri-aydınlıqlar onun müəllifi tərəfindən aradan qaldırıldıqdan və tövsiyələr nəzərə alındıqdan sonra 08.06.2021-ci ildə vəsaitin nəşr edilib, prokurorluq orqanlarında öyrənilməsinə dair Mərkəz müsbət rəy vermişdir.