Kriminalistika fənninin tədrisi və kriminalistik biliklərin tətbiqi vəziyyətinin təhlilinə dair vəsait dərc edilib
“Kriminalistika fənninin tədrisi və kriminalistik biliklərin tətbiqi vəziyyəti” adlı vəsait Baş prokurorun rəhbərliyi ilə 22.07.2024-cü il tarixdə keçirilmiş Baş Prokurorluğun Geniş Kollegiya iclasının qərarına əsasən Elm-Tədris Mərkəzi tərəfindən müvafiq tədqiqat materialı əsasında hazırlanmış hazırlanmışdır.
Vəsaitin müəllif kollektivinə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov, böyük prokuroru İradə Xəlilova, şöbənin böyük prokuroru Nigar Əskərova və şöbə prokuroru Ruslan Ağayev daxildir.
Dərc edilmiş vəsait 1 cild 81 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, annotasiyadan, mündəricatdan, əsas mətndən, eləcə də istifadə olunmuş ədəbiyyat və mənbələr siyahısından ibarətdir. Əsas mətn isə 5 fəsilə bölünüb. Vəsaitdə Kriminalistika fənninin predmeti və tərkib hissələri, Kriminalistika fənninin tədrisi vəziyyəti, Kriminalistika fənninin tədrisi ilə bağlı xarici ölkələrin təcrübəsi, Kriminalistik bilik və bacarıqların təcrübədə tətbiqi vəziyyəti, Kriminalistika fənni üzrə tədrisin təkmilləşdirilməsinə dair təkliflər barədə məlumat verilir.
Kriminalistika fənninin tədrisi vəziyyəti
Həmçinin, vəsaitdə digər ölkələrin aparıcı ali təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olunmuş və təhsilin hədəfləri öyrənilmişdir. Bakalavriat səviyyəsində Kriminalistika fənni əsas fənni kimi bəzi postsovet ölkələrinin (Özbəkistan, Qazaxıstan, Rusiya, Belarus, Ukrayna) ali təhsil müəssisələrində, eləcə də Böyük Britaniyanın Northumbria Universitetində tədris olunduğu, digər ölkələrin ali təhsil müəssisələrində isə Kriminalistika fənninin ixtisaslaşmış tədris mərkəzlərində keçirilməsinə üstünlük verildiyi əks etdirilmişdir.
Kriminalistika fənninin tədrisi vəziyyəti
Ümumiyyətlə nəşrdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun illüstrasiya, cədvəl və qrafiklərlə zəngindir.
Tədqiqatın yekununa dair hazırlanmış vəsait əvvəlki fəsillərdə qeyd olunan amillər, habelə kriminalistika elminin mənimsənilməsi, kriminalistik bilik və bacarıqlara yiyələnməsi ilə bağlı olan problemlər, onların təcrübəyə mənfi təsiri nəzərə alınaraq, ali və ixtisaslaşmış təhsil müəssisələrində Kriminalistika fənni üzrə tədrisin gücləndirilməsi istiqamətində irəli sürülmüş təkliflər informativ xarakter daşımaqla yanaşı, metodiki və praktiki əhəmiyyət kəsb edir. Göründüyü kimi, onun təcrübədə istifadə olunması müvafiq sahəyə müsbət təsir göstərəcəkdir.