METODİKİ İŞ

Cinayət prosesində elektron cinayət təqibinin tətbiqi ilə bağlı vəsait dərc edilib

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin tapşırığına əsasən Elm-Tədris Mərkəzin rəisi Mübariz Əhmədov, Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev və şöbənin böyük prokuroru Nigar Əskərova tərəfindən “Cinayət prosesində elektron cinayət təqibinin tətbiqi ilə bağlı təhlil” adlı vəsait hazırlanaraq dərc edilmişdir.
Vəsait 163 səhifədə olmaqla, titul vərəqindən, mündəricatdan, 3 fəsildən, 20 bənddən və 9 yarımbənddən, eləcə də ədəbiyyat və mənbə siyahısından ibarətdir.

 

 

İlk öncə vəsaitdə ölkəmizdə dövlət xidmətlərinin rəqəmsal transformasiyası ilə bağlı həyata keçirilən tədbirlər yer alıb, cinayət təqibinin rəqəmsallaşdırılması ilə bağlı xarici ölkələrin təcrübəsi göstərilib. Bundan başqa, vəsaitdə cinayət prosesində blokçeynin istifadəsinin mümkünlüyü və əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan Respublikasının cinayət prosesində elektron cinayət təqibinin tətbiqi ilə bağlı təkliflər yer alıb.
Həmçinin vəsaitdə cinayət prosesində elektron cinayət təqibinin tətbiqinə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvlərinin, habelə prokurorluğun struktur qurumlarının münasibəti əks etdirilib.
Ümumiyyətlə vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun foto, qrafik və illüstrasiyalarla, eləcə də misallarla zəngindir.