METODİKİ İŞ

“Prokurorluqda tətbiq edilən proqram və informasiya sistemlərinin təlimatları və istifadə qaydaları” adlı toplu

Bu nəşr Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən 02.12.2022-ci ildə təsdiq edilmiş Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2023-ci ilin birinci yarımilinə dair İş planının icrası nəticəsində ərsəyə gəlmişdir.
Son illər informasiya texnologiyalarının geniş yayılması, kommunikasiya vasitələrinin insan fəaliyyətinin bütün sahələrində tətbiq edilmələri və İnternetin ümumdünya şəbəkəsinə çevrilməsi müxtəlif sahələr üzrə mütəxəssis hazırlığında bu sahəyə ciddi fikir verilməsini tələb edir. Azərbaycanda “elektron hökumət”in formalaşdırılması ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır.
“Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 – 2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət almış və hazırda 2010 – 2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq davam etdirilmişdir.
Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “Elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir. “Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.

 

 

Bu prokurorluq orqanlarının fəaliyyətində geniş tətbiq olunaraq müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 07 may tarixli Fərmanında göstərilmişdir.
Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini nəticəsində prokurorluq orqanlarında çalışan İKT əməkdaşlar tərəfindən yaradılmış informasiya sistemlərin bunun bariz nümunəsidir. Bu məqsədlə Prokurorluqda tətbiq edilən bəzi proqram və informasiya sistemlərinin təlimatları və istifadə qaydaları adlı toplu hazırlanaraq istifadəçilərə təqdim olunur.
Topluda “Xüsusi məlumatlar” informasiya sistemi, “961 Çağrı mərkəzi”,“161 qaynar xətt” əlaqə mərkəzi, Elm-Tədris Mərkəzinin distant tədris platforması, “Tədris Tədbirlərinin Elektron Bazası”ndan istifadə qadaları barədə təlimat və Zoom, tətbiqi proqramların imkanları barədə qısa məlumatlar yer almışdır.
“Prokurorluqda tətbiq edilən proqram və informasiya sistemlərinin təlimatları, eləcə də onlardan istifadə qaydaları” adlı toplu prokurorluq orqanlarında çalışan əməkdaşları üçün nəzərdə tutulmuşdur.