TƏDQİQATLAR

“Azərbaycan Respublikası CPM-in 303 və 318-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, habelə bəraət hökmləri çıxarılmış cinayət işlərinin təhlili” adlı vəsait

Nəzarət icraatlarında olan prosessual sənədlər əsasında 2020-ci ilin ikinci yarımili və 2021-ci ilin birinci yarımili ərzində CPM-in 303.3.6-cı maddəsinə görə baxılmasına xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış 26 cinayət isinin materialları öyrənilmiş, xarici ölkələrin ittiham aktlarının tərtibinə olan tələbləri nəzərdən keçirilmiş, təhlilin yekunu üzrə ittiham aktlarının tərtibi zamanı rast gələn mürəkkəb məsələlərin həlli üçün səmərəli üsul və metodların tətbiq olunmasına köməklik edən təklif və tövsiyələr hazırlanmışdır.
Belə ki, cinayət isinin materialları öyrənilərkən, xarici ölkələrin ittiham aktlarının tərtibinə olan tələbləri nəzərdən keçirilmiş, təhlilin yekunu üzrə ittiham aktlarının tərtibi zamanı rast gələn mürəkkəb məsələlərin həlli üçün səmərəli üsul və metodların tətbiq olunmasına köməklik edən təklif və tövsiyələr hazırlanmışdır.
Təhlilin yekunu üzrə arayışda ilk öncə ittiham aktının praktiki əhəmiyyətinə, onun strukturu və məzmununa, tərtib edilməsinə dair ümumi tələblərə, tərtibi zamani yol verilən səciyyəvi pozuntulara, bu sahədə xarici ölkələrin təcrübəsi və praktiki əhəmiyyət kəsb edə biləcək digər məsələlərə toxunulmuşdur. Daha sonra arayışda son illərin ibtidai istintaq və məhkəmə təcrübəsinin təhlillərinə əsaslanaraq ittiham aktının cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasından yaranan xoşagəlməz prosessual hüquqi nəticələrə yer ayrılmış və bu nəticələr həm insan hüquqlarına dair əsas beynalxalq normalar baxımından, həm də milli qanunvericiliyin tələbləri prizmasından uzlaşdırılmışdır.
Həmçinin arayışda ittiham aktinin cinayət təqibinin növbəti mərhələsindəki prosessual rolu, onun kəmiyyət və keyfiyyət göstəriciləri baxımından təhlilinə, eləcə də texniki detallara xüsusi yer ayrılmışdır.
Sənəddə ittiham aktının tərtib edilməsinə dair ümumi tələblərə dair əsas elementlər, mümkün sübutların həcmi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən əsas prosessual tələblər, bu vacib sənədin rəsmi-işgüzar üslubda, anlaşılan, məntiqli, sistemli, ardıcıl şəkildə tərtib edilməsinin əhəmiyyətinə də geniş yer ayrılmışdır.

İttiham aktının strukturunu və məzmunu müəyyən edən CPM-in 289-cu maddəsinə əsasən, ittiham aktı üç əsas detalı – giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrin iyerarxik quruluşu sənəddə tam şəkildə açılmaqla bu sahədəki nümunəvi praktika izahlandırılmışdır.

İttiham aktına əlavələr, ittiham aktına əlavə edilən arayışlar və ittiham aktının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməsi də təhlil obyekti olmuşdur.
Həmçinin təhlil zamanı xarici ölkələrin bu sahədəki təcrübəsi öyrənilərkən, müqayisələr və paralellər göstərilmiş, onların fəaliyyət prinsipləri açıqlanmış, eləcə də keçmiş sovet qanunvericiliyinə istisnalar edilmişdir.