“Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı müasir beynəlxalq təcrübənin nəzərə alınması” və “Cinayət işlərinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına səbəb olan kobud pozuntular” adlı mövzular üzrə qısamüddətli kurslar

Azərbaycan Respublikası Baş Prokurorluğunun 2021-ci ilin birinci yarımilinə dair Fəaliyyət Planının 13-cü bəndinə, eləcə də  Elm-Tədris Mərkəzinin 2021-ci ilin birinci yarımilinə dair İş planının 3-cü bəndinə əsasən tabe rayon (şəhər) prokurorluqların müstəntiqləri üçün “Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı müasir beynəlxalq təcrübənin nəzərə alınması” və “Cinayət işlərinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına səbəb olan kobud pozuntular” adlı mövzular üzrə qısamüddətli kurslar təşkil edilmişdir.

 

 

Azərbaycan Respublikası Baş prokurorunun “Qısamüddətli kursların təşkili haqqında” 02.02.2021-ci il tarixli 4 №-li sərəncamına uyğun olaraq, kurslar Bakı şəhərinin Binəqədi rayon, Mingəçevir və Şirvan şəhər, Ağcabədi, Ağdaş və Hacıqabul rayon prokurorluqlarının işçiləri üçün 08.02.2021-ci ildən 12.02.2021-ci ilədək; Bakı şəhərinin Qaradağ rayon, Abşeron, İmişli, Masallı, Saatlı və Zaqatala rayon prokurorluqlarının işçiləri üçün 22.02.2021-ci ildən 26.02.2021-ci ilədək; Bakı şəhərinin Sabunçu rayon, Cəlilabad, Goranboy, Kürdəmir və Tovuz rayon prokurorluqlarının işçiləri üçün isə 09.03.2021-ci ildən 15.03.2021-ci ilədək distant formada canlı vaxt rejimində keçirilmişdir.
Kurslarda ümumən 32 nəfər müstəntiq dinləyici qismində, Elm-Tədris Mərkəzinin müvafiq sahələr üzrə təhlillər aparmış 10 nəfər işçisi isə təlimçi qismində iştirak etmiş, kurslar çərçivəsində dinləyicilər Zoom proqramı vasitəsi ilə video-konfransın təşkili qaydalarını öyrənmiş, təlimlərdə müvafiq təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə olunmuş, tədris edilmiş məşğələlərin elektron mətni dinləyicilərə təqdim edilmişdir. Kurslar zamanı dinləyicilərə “Cinayət prosesində tutulmanın əsasları, onun tətbiqində yol verilən nöqsan və pozuntular”, “Həbs qətimkan tədbirinin tətbiqi standartları və onların pozulması halları”, “Həbsdə saxlanılma müddətinin uzadılması standartları və onların pozulması halları”, “Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi qaydası və onun pozulması halları”, “Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması formaları”, “İttiham aktlarının CPM-in tələblərinə uyğun tərtib olunmaması formaları”, “Cinayət işləri üzrə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-in tələblərinin pozulması formaları” və sair mövzular üzrə PowerPoint proqramı vasitəsilə hazırlanmış təqdimatların müşayiəti ilə məşğələlər keçirilmişdir.

 

 

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun təhsilə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alındığı üçün, kurslarda dinləyici qismində iştirak etmiş prokurorluq işçiləri barədə məlumatları onların şəxsi işlərinə əlavə edilməsi məqsədilə Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 248.4-cü bəndinə uyğun olaraq Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilmişdir.