Korrupsiyaya qarşı mübarizə əlaqədar hərbi qulluqçular üçün təlim keçirilib
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 06 və 07 aprel 2023-cü il tarixlərdə hərbi qulluqçular üçün “Korrupsiyaya qarşı mübarizə sahəsində milli mübarizə strategiyası” mövzusunda internet üzərindən “Zoom” proqramı vasitəsi ilə onlayn rejimdə təlim keçirilmişdir.
Təlimdə dinləyici qismində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası hərbi prokurorluqlarında xidmət edən hərbi qulluqçular iştirak etmişlər.
Təlimçi qismində isə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin işçiləri ilə yanaşı, Respublika Hərbi Prokurorluğunun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təcrübəli işçiləri cəlb edilmişlər.
Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Ruslan Ağayevin “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxışı ilə başlanan təlim zamanı dinləyicilərin diqqətinə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planın”ın məqsədləri və hədəfləri Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov tərəfindən çatdırılmışdır.
Eləcə də tədbir çərçivəsində “Korrupsiyanın anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət”, “Korrupsiyanın qarşısının alınması sahəsində etik dəyərlər və davranış qaydaları”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə” və digər aktual mövzular üzrə tədris aparılmış, iştirakçıları maraqlandırılan suallar cavablandırılmışdır.