Baş Prokurorluqda dövlət qulluqçuları üçün gender bərabərliyi mövzusunda təlim keçirilmişdir
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Kadrlar idarəsinin birgə təşkilatçılığı ilə prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün “Dövlət qulluğunda gender bərabərliyi və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda qarışıq (əyani və distant) formatda təlim keçirilmişdir.
Təlimdə iştirakçılara dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsinin hüquqi və institusional əsasları, dövlət orqanlarında inzibati vəzifələrin tutulmasının şərtləri və qaydaları, gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar, gender bərabərliyi və əmək hüququ, habelə dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri barədə ətraflı məlumat verilmişdir.
Dinləyicilərin say çoxluğu və iş yükü nəzərə alınmaqla, təlim 21 və 22 may 2026-cı il tarixlərində təşkil olunmuşdur.
Ümumilikdə təlimdə 639 nəfər dinləyici iştirak etmiş, mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

