Baş Prokurorluqda məişət zorakılığına qarşı mübarizə sahəsində təlim keçirilmişdir
29-30 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində məişət zorakılığına qarşı mübarizə və uşaq hüquqlarının müdafiəsi sahəsində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları üçün “Məişət zorakılığı üzrə qanunvericiliyin tətbiqi təcrübəsi və aktual problemlər” mövzusunda təlim təşkil edilmişdir.
Təlimdə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Məhkəmə sədirlərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təcrübəli müəllimləri çıxış etmişlər.
Təlim çərçivəsində qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, uşaqların psixoloji müdafiəsi, insan alverinə qarşı mübarizə, həmçinin yetkinlik yaşına çatmayanların hüquqlarının təmin olunması ilə bağlı məsələlər müzakirə edilmişdir.
Eyni zamanda, məişət zorakılığı ilə bağlı işlər üzrə məhkəmə təcrübəsi, psixodiaqnostika, gender bərabərliyi, vətəndaş cəmiyyətinin rolu, eləcə də milli müdafiə mexanizmləri və erkən, məcburi nikahların qarşısının alınması məsələlərinə toxunulmuşdur.

