ŞURANIN TƏRKİBİ

Həsənov Mürvət Kamil oğlu

Sumqayıt şəhər prokuroru


Həsənov Mürvət Kamil oğlu 1979-cu ildə anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Universitetin göndərişi ilə Şamaxı rayon Polis şöbəsində müstəntiq vəzifəsində çalışıb.
2002-ci ildə müsabiqə yolu ilə prokurorluğa qulluğa qəbul olunaraq, Hacıqabul və Qobustan rayon prokurorluqlarının müstəntiqi vəzifələrində işləyib.
27.04.2006-cı ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, 16.07.2007-ci ildən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (keçmiş Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi üzrə), 08.04.2011-ci ildən həmin idarənin rəis müavini olmaqla Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, 11.04.2020-ci ildən Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, 02.07.2020-ci ildən isə Bakı şəhər prokurorunun müavini vəzifələrində fəaliyyətini davam etdirib.
Mürvət Həsənov 06.02.2023-cü ildə Sumqayıt şəhər prokuroru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 28.09.2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Baş ədliyyə müşaviri olmaqla, ailəlidir, iki övladı var.