Zülfüqarov Pərviz Zülfüqar oğlu
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi
Zülfüqarov Pərviz Zülfüqar oğlu 01 mart 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olmuşdur.
1995-ci ildə orta məktəbi bitirmiş, həmin ildə Naxçıvan Dövlət Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuşdur. 2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müfəttişi, Babək rayon prokurorluğunda müstəntiq, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat-analitik şöbəsinin prokuroru vəzifələrində çalışmışdır. 2014-ci ildən Təşkilat və icraya nəzarət şöbəsinin rəisidir. Azərbaycan Respublikası Baş Prokurorunun 17 sentyabr 2020-ci il tarixli 10/937-K saylı əmri ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının üzvüdür.
P.Z.Zülfüqarov müstəntiq işlədiyi dövrdə törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlar araşdırılmış, xüsusi tapşırığın icrası təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə Babək rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə istintaq qrupunun üzvü olmuşdur. İşlədiyi dövrdə P.Z.Zülfüqarov tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi sahəsində verilmiş təkliflər bəyənilərək qəbul edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun əmrlərinə əsasən 3 dəfə “Qiymətli hədiyyə” ilə mükafatlandırılmış, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə “Fəxri Fərman”la təltif olunmuşdur.
P.Z.Zülfüqarov cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qayda- sının pozulması, insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də qanunvericiliyin digər sahələri üzrə 60-dan çox hüquqi mövzuda kütləvi informasiya vasitələrində çıxışlar etmişdir. 20-dən çox elmi məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var.