MİRZƏYEV OQTAY MALİK OĞLU
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri
dövlət qulluğunun müşaviri
Oqtay Mirzəyev 08 iyul 1971-cu ildə Salyan rayonunda anadan olmuş, 1988-cı ildə Bakı şəhər 1 №-li tam orta məktəbini, 1989-cu ildə isə 14 №-li peşə məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Bundan başqa o, 1994-ci ildə “Avtomatika və texniki sistemlərdə idarəetmə” ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırması fakültəsini bitirmişdir.
1994 – 1995-ci illərdə Oqtay Mirzəyev Azərbaycan Dövlət Neft Akademiyasının (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Avtomatika, telemexanika və elektronika” kafedrasında stajor təhqiqatçı, 1995 – 1997-ci illərdə baş laborant, 1997-ci ildən isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasının assistenti vəzifəsində işləmişdir.
Oqtay Mirzəyev 2003 – 2009-cü illərdə Azərbaycan Respublikası Baş prokurorluğunun Kadrlar idarəsinin Elm-Tədris Mərkəzinin baş mütəxəssisi, 2009 – 2013-cü illərdə Baş prokurorluğun Elm-Tədris Mərkəzinin laboratoriyasının baş mütəxəssisi, 2013-2014-cu illərdə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri laboratoriyasının rəhbəri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Baş prokurorunun 18.08.2014-cü il tarixli əmri ilə Oqtay Mirzəyev Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri vəzifəsinə təyin edilib.
Oqtay Mirzəyev texnika üzrə fəlsəfə doktoru olmaqla, 37 elmi əsərin (17 məqalə, 12 tezis, 2 dərs vəsaiti, 1 monoqrafiya və 5 metodik vəsait) müəllifidir.
Ailəlidir, 2 övladı var.
Əlaqə vasitələri
xidməti telefon: (+99412) 361-14-20
e-mail ünvan: o.mirzeyev@prosecutor.gov.az
e-mail ünvan: oqtay_m@mail.ru