CAMALOV RAMİN VAQİF OĞLU

Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi
baş ədliyyə müşaviri

 

Camalov Ramin Vaqif oğlu 1979-cu ildə Şirvan şəhərində anadan olmuşdur. Orta təhsilini Şirvan şəhərinin 10 nömrəli məktəbində almışdır.
Ali təhsilini 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin bakalavr, 2000-2002-ci illərdə isə həmin fakultənin magistr dərəcəsi diplomu ilə bitirmişdir.
2001-2002-ci illərdə Bakı şəhər prokurorluğunun vergilər və gömrük orqanlarının təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsində müfəttiş, 2003-2007-ci illərdə isə Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması departamentində təhqiqatçı və müstəntiq vəzifələrində işləmişdir.
2007-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul olunaraq Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilmiş, 02.06.2014-cü il tarixdən 18.06.2020-ci il tarixədək həmin idarənin rəis müavini vəzifəsində işləmişdir.
Hazırki vəzifəyə isə Baş prokurorun 07.07.2020-ci il tarixli 11/657-k nömrəli əmri ilə təyin edilmişdir.
Prokurorluqda işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, xidməti vəzifələrini nümunəvi icra etdiyi üçün ona vaxtından əvvəl kiçik və ədliyyə müşaviri  rütbələri verilmiş, təşəkkür elan edilmiş, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Azərbaycan Respublikasının Prokurorluğunun Fəxri fərmanı” ilə təltif edilmişdir.
Ailəlidir,üç övladı var.
Əlaqə vasitələri
xidməti telefon:(+99412) 361 14 15
e-mail ünvan: ramin.camalov@prosecutor.gov.az