CƏFƏROV TALIB MƏMMƏDHÜSEYN OĞLU
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi
baş ədliyyə müşaviri
Cəfərov Talıb Məmmədhüseyn oğlu 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı və Daşkənd şəhərlərinin məktəblərində alaraq, 1987-ci ildə Bakı şəhərinin 16 №-li orta məktəbini qızıl medalla başa vurmuşdur.
1987-ci ildə ali təhsil almağa Bakı Dövlət Universitetində başlayaraq və 1988 – 1989-cu illər ərzində həqiqi hərbi xədmət keçərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1993 – 1995-ci illərdə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda stayor və köməkçi; 1995 – 2000-ci illər ərzində Baş Prokurorluğun müxtəlif idarə və şöbələrinin prokuroru; 2001 – 2011-ci illərdə Qubadlı rayon prokurorunun böyük köməkçisi; 2011 – 2016-cı illər ərzində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin müəllimi-prokuroru, 2016 – 2020-ci illərdə Mərkəzin İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi, 2020 – 2022-ci illərdə Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, 2022 – 2024-cü illərdə Mərkəzin rəis müavini vəzifələrində işləmişdir. Hazırkı vəzifəyə Azərbaycan Respublikası Baş prokurorunun 17.09.2024-cü il tarixli əmri ilə təyin edilmişdir.
Prokurorluqda işlədiyi müddət ərzində xidməti vəzifələrini nümunəvi icra etdiyi üçün dəfələrlə həvəsləndirilmiş, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində peşəkarlıq göstərdiyinə görə o, iki dəfə “Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı” ilə, habelə uzunmüddətli qüsursuz fəaliyyətinə görə “Prokurorluğun Fəxri işçisi” döş nişanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 25.01.2024-cü il tarixli əmri ilə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” ilə Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Bir sıra kitab, metodiki ədəbiyyat, toplu və digər nəşrlərin, eləcə də məcmualarda və jurnallarda dərc olunmuş bir çox elmi məqalələrin müəllifidir.
Ailəlidir, dörd övladı var.
Əlaqə vasitələri
xidməti telefon: (+99412) 361-14-00
e-mail ünvan: talib.ceferov@prosecutor.gov.az