STRUKTURU VƏ FUNKSİYALARI

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin strukturu

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin funksiyaları və vəzifələri
(Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nda nəzərdə tutulmuş qaydada və hallarda)

 

 

Elm-Tədris Mərkəzinin rəis müavini

  • Dövri elmi-praktiki jurnalların dərc olunmasını təmin edir.
  • Tədris tədbirlərinin təşkilində iştirak edir.
  • Elmi-nəzəri və praktiki tədqiqatların aparılmasında iştirak edir.
  • Tədris-metodiki ədəbiyyatın hazırlanmasında iştirak edir.
  • Elmi-tədqiqat tədbirlərində prokurorluğu təmsil edir.
  • Elmi və elmi-metodiki konfranslar, seminarlar və müşavirələr keçirir.
  • Hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə  əlaqələr qurur.
  • Müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində iştirak edir.
  • Mərkəzin fəaliyyəti ilə bağlı öz səlahiyyəti daxilində digər məsələləri həll edir.

Elm-Tədris Mərkəzinin böyük prokuroru

  • Elmi-Məsləhət Şurasının katibliyi funksiyalarını həyata keçirir.
  • Tədris tədbirlərinin təşkilində iştirak edir.
  • Elmi-nəzəri və praktiki tədqiqatların aparılmasında iştirak edir.
  • Tədris-metodiki ədəbiyyatın hazırlanmasında iştirak edir.
  • Prokurorluğun digər struktur qurumlarına metodiki ədəbiyyatın hazırlanmasında köməklik edir, həmin metodiki ədəbiyyatın Elmi-Məsləhət Şurasında müzakirəsini təmin edir.
  • Elmi-tədqiqat tədbirlərində prokurorluğu təmsil edir.
  • Elmi və elmi-metodiki konfranslar, seminarlar və müşavirələr keçirir.
  • Hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə  əlaqələr qurur.
  • Müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində iştirak edir.
  • Mərkəzin fəaliyyəti ilə bağlı öz səlahiyyəti daxilində digər məsələləri həll edir.

Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsi

  • Prokurorluq sisteminə daxil olan qurumların fəaliyyətində risk göstəricilərinin müəyyən olunmasında iştirak edir, risk göstəricilərini nəzərə almaqla, strateji inkişaf konsepsiyasına dair təkliflər verir.
  • İbtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasında iştirak edir.
  • Etik Davranış Komissiyasının katibliyi funksiyasını həyata keçirir.
  • Etik Davranış Kodeksinin dövri olaraq təkmilləşdirilməsini və konfidensial konsultasiyanı həyata keçirir. Etik davranışla bağlı prokurorluq işçilərinin suallarını və sorğularını cavablandırır.
  • Etik Davranış Kodeksinin mütəmadi tədrisini təşkil edir.
  • Etik Davranış Kodeksinin tətbiqi təcrübəsini, o cümlədən Etik Davranış Komissiyasının qəbul etdiyi qərarları dövri olaraq ümumiləşdirir. Ümumiləşdirmə nəticəsində etik dilemma nümunələrini hazırlayır və dərc edir.
  • Prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təklifləri qəbul edir, həmin təklifləri ümumiləşdirərək hesabat hazırlayır.
  • Elmi-tədqiqat tədbirlərində prokurorluğu təmsil edir.
  • Elmi və elmi-metodiki konfranslar, seminarlar və müşavirələr keçirir.
  • Hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə əlaqələr qurur.
  • Müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində iştirak edir.
  • “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə Komissiyasının katibliyi funksiyasını həyata keçirir.
  • Mərkəzin fəaliyyəti ilə bağlı öz səlahiyyəti daxilində digər məsələləri həll edir.

Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi

  • Prokurorluq orqanlarına işə qəbulun beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasında iştirak edir.
  • Prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlimlərin keçirilməsini təşkil edir.
  • Prokurorluğa işə qəbul olunanları zəruri peşə bilik və bacarıqlarının, həmçinin nəzəri biliklərinin və peşə hazırlıqlarının artırılması üçün müvafiq tədris kurslarına cəlb edir, hazırlıq proqramlarını həyata keçirir, nəticələrini qiymətləndirir. Dinləyicilərin tədrisə münasibətinə dair rəy verir. Tədris planını yerinə yetirməyən, yaxud daxili intizam qaydalarını pozan əməkdaşlar və dinləyicilər barəsində intizam tənbehinin tətbiqi ilə əlaqədar xidməti yoxlamanın aparılması məsələsini qaldırır.
  • Hüquq mühafizə orqanlarının və xarici tərəfdaşların əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər təşkil edir.
  • Xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərin peşə hazırlığının artırılması işini təşkil edir.
  • Dinləyicilərin xarici dilləri və informasiya texnologiyalarının tətbiqi vərdişlərini öyrənmələri üçün fakültativlər təşkil edir.
  • Tədris zamanı cinayət təqibi üzrə müxtəlif prosessual hərəkətlərin dinləyicilər tərəfindən öyrənilməsini təşkil edir.
  • Müvafiq bilik və təcrübəyə malik olan prokurorluq əməkdaşlarını ödənişli əsaslarla mühazirələr oxumaq, məşğələlər keçirmək və digər formalarda tədris prosesində iştirak etmək üçün dəvət edir. Həmçinin, yüksək ixtisaslı şəxsləri, eləcə də ali məktəblərin, digər elm-tədris müəssisələrinin, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşlarını, vəkilləri əmək haqqının saat hesabı ödənilməsi şərti ilə tədris prosesinə cəlb edir.
  • Təcrübə keçmək üçün işçilərin aparıcı təhsil və elmi-tədqiqat idarə və təşkilatlarına, təlim kurslarına göndərilməsi ilə bağlı təkliflər verir.
  • Tədrisə münasibəti müsbət olan və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fəal çalışan, o cümlədən yüksək keyfiyyətli mühazirələr oxuyan prokurorluq işçilərini müəyyən edərək həmin prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi zamanı “peşə bilikləri”nə dair rəyini bilavasitə rəhbər vəzifəli şəxslərə təqdim etməklə, qiymətləndirmənin obyektiv həyata keçirilməsinə metodiki yardım göstərir.
  • Elmi-tədqiqat tədbirlərində prokurorluğu təmsil edir.
  • Elmi və elmi-metodiki konfranslar, seminarlar və müşavirələr keçirir.
  • Hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə  əlaqələr qurur.
  • Müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində iştirak edir.
  • “İlin ən yaxşı müstəntiqi” Müsabiqə Komissiyasının katibliyi funksiyasını həyata keçirir.
  • Mərkəzin fəaliyyəti ilə bağlı öz səlahiyyəti daxilində digər məsələləri həll edir.

Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsi

  • Elmi-nəzəri və praktiki tədqiqatların aparılması funksiyasını həyata keçirir.
  • Elmi-nəzəri və praktiki tədqiqatların aparılmasını təmin etmək üçün Baş Prokurorluğun struktur qurumlarından və tabe prokurorluqlardan müxtəlif xarakterli (statistik, analitik, operativ və s.) məlumatlar, sənədlər və materiallar alır.
  • Elmi-tədqiqat və tədris qurumları, eləcə də dövlət orqanları ilə əməkdaşlıq edir.
  • Prokurorluğun fəaliyyəti üçün prioritet təşkil edən tədqiqat sahələrini və onlarla bağlı tədqiqatların aparılması qaydalarını və müddətlərini müəyyən edir, müsabiqələr keçirir.
  • Kriminalistika sahəsində xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənir, elmi və təcrübi nailiyyətlərin, cinayət təqibi zamanı istifadə olunan mütərəqqi üsul və vasitələrin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyətində istifadə olunması üçün təkliflər verir.
  • Tədris-metodiki ədəbiyyatın hazırlanmasını həyata keçirir.
  • Prokurorluğun digər struktur qurumlarına metodiki ədəbiyyatın hazırlanmasında köməklik edir.
  • Elmi tədqiqatlarda iştirak edən, həmin tədqiqatlar üçün müvafiq iş təcrübəsi barədə material təqdim edən prokurorluq işçilərini müəyyən edərək həmin prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi zamanı “peşə bilikləri”nə dair rəyini bilavasitə rəhbər vəzifəli şəxslərə təqdim etməklə, qiymətləndirmənin obyektiv həyata keçirilməsinə metodiki yardım göstərir;
  • Elmi-tədqiqat tədbirlərində prokurorluğu təmsil edir.
  • Elmi və elmi-metodiki konfranslar, seminarlar və müşavirələr keçirir.
  • Hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə  əlaqələr qurur.
  • Müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində iştirak edir.
  • Mərkəzin fəaliyyəti ilə bağlı öz səlahiyyəti daxilində digər məsələləri həll edir.

Elm-Tədris Mərkəzinin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru

  • Tədris tədbirlərin təşkilinə texniki dəstək göstərir.
  • İnformasiya texnologiyalarının tətbiqi vərdişlərini öyrənmələri üçün fakültativlər təşkil edir.
  • Elmi-nəzəri və praktiki tədqiqatların aparılmasına texniki dəstək göstərir.
  • Tədris-metodiki ədəbiyyatın hazırlanmasında iştirak edir.
  • Elmi-Məsləhət Şurasının katibliyi funksiyalarının həyata keçirilməsinə texniki dəstək göstərir.
  • Etik Davranış Komissiyasının katibliyi funksiyasının həyata keçirilməsinə texniki dəstək göstərir.
  • “İlin ən yaxşı müstəntiqi” müsabiqəsinin keçirilməsinə texniki dəstək göstərir.
  • “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqəsinin keçirilməsinə texniki dəstək göstərir.
  • Elmi-tədqiqat tədbirlərində prokurorluğu təmsil edir.
  • Elmi və elmi-metodiki konfranslar, seminarlar və müşavirələr keçirilməsinə texniki dəstək göstərir.
  • Müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində iştirak edir.
  • Mərkəzdə tətbiq edilən elektron informasiya sistemlərinin və proqramların (www.etmprok.az adlı alt-domen, “Distant tədris” platforması, “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” və “Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemləri) istifadəsini təmin edir.
  • Mərkəzin texniki avadanlıqların, qurğu və vasitələrin işlək vəziyyətdə saxlanmasını təmin edir.
  • Mərkəzin fəaliyyətində yeni informasiya kommunikasiya texnologiyaların tətbiqini təşkil edir.
  • Prokurorluq orqanlarında “Attestasiya” elektron bazasının və “Prokurorluğun Normativ Xarakterli Hüquqi Sənədlərinin Reyestri” informasiya sisteminin tətbiqinə texniki dəstək göstərir.
  • Mərkəzin fəaliyyəti ilə bağlı öz səlahiyyəti daxilində digər məsələləri həll edir.