AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞU
ƏMR
№ 10/70-11/29-S
Bakı şəhəri iyun 2020-ci il
Bakı şəhəri Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin (idarə səlahiyyətli) strukturunun təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli 2088 nömrəli Sərəncamının icrası məqsədilə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini rəhbər tutaraq,
ƏMR EDİRƏM:
- Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi (idarə səlahiyyətli) ləğv edilsin.
- Ləğv edilmiş idarənin əsasında Baş Prokurorluqda ştat tərkibi 16 (on altı) prokurorluq işçisi və 10 (on) dövlət qulluqçusundan, cəmi 26 (iyirmi altı) ştat vahidindən ibarət Elm-Tədris Mərkəzi (idarə səlahiyyətli) təsis edilsin.
Rəis (Baş prokurorun böyük köməkçisi) |
1 |
Rəis müavini |
1 |
Böyük prokuror (beynəlxalq və təşkilati məsələlər üzrə) |
1 |
|
|
Baş məsləhətçi |
1 |
Baş mütəxəssis (böyük inspektor) |
1 |
Böyük mütəxəssis (kitabxanaçı) |
1 |
3 prokurorluq işçisi, 3 dövlət qulluqçusu, cəmi 6 ştat vahidi
Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsi
Şöbə rəisi | 1 |
Böyük prokuror |
1 |
Prokuror |
3 |
|
|
Baş məsləhətçi |
1 |
5 prokurorluq işçisi, 1 dövlət qulluqçusu, cəmi 6 ştat vahidi
Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi
Şöbə rəisi | 1 |
Böyük prokuror |
1 |
Prokuror |
3 |
|
|
Baş məsləhətçi |
1 |
5 prokurorluq işçisi, 1 dövlət qulluqçusu, cəmi 6 ştat vahidi
Elmi-tədqiqat işinin təşkili şöbəsi
Şöbə rəisi | 1 |
prokuror |
2 |
|
|
baş məsləhətçi |
1 |
böyük məsləhətçi |
1 |
3 prokurorluq işçisi, 2 dövlət qulluqçusu, cəmi 5 ştat vahidi
İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru
Sektor müdiri | 1 |
baş məsləhətçi |
1 |
böyük məsləhətçi |
1 |
3 dövlət qulluqçusu
16 prokurorluq işçisi, 10 dövlət qulluqçusu, cəmi 26 ştat vahidi
- Baş Prokurorluğun Kadrlar və Təşkilat və icraya nəzarət idarələri bu əmrdən irəli gələn məsələləri həll etsinlər.
- Əmr elan və icra olunması üçün üvafiq struktur qurumlara göndərilsin.
Azərbaycan Respublikasının Baş prokuroru II dərəcəli dövlət ədliyyə müşaviri |
Kamran Əliyev |